525.Az

Səfər Əbiyev İtaliyaya rəsmi səfərə gedib


 

Səfər Əbiyev İtaliyaya rəsmi səfərə gedib<b style="color:red"></b>

Noyabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Romaya rəsmi səfərə yola düşüb.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər İtaliyanın müdafiə nazirinin dəvəti ilə baş tutub.

Rəsmi səfər çərçivəsində Əbiyev bir sıra görüşlər keçirəcək. Görüşlərdə azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

 





06.11.2012    çap et  çap et