525.Az

Suriyada qaçırılan ABŞ jurnalisti azadlığa buraxıldı


 

Suriyada qaçırılan ABŞ jurnalisti azadlığa buraxıldı<b style="color:red"></b>

Suriyada 2 il əvvəl qaçırılan Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan jurnalist Peter Theyo Kurtisin Qətərin apardığı danışıqlar nəticəsində sərbəst buraxılıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər nazirliyi məlumat yayıb. Belə ki, Qətər şeyxi Əmri Şeyx Temim bin Hamad Əl Sanının verdiyi tapşırıqların nəticəsində, 2012-ci ildə Suriyada qaçırılan amerikalı jurnalist sərbəst buraxılıb.

Jurnalist Birləşmiş Millətlər Təşkilatının Livandakı nümayəndəliyinə təhvil verilib. ABŞ höküməti də bu xəbəri sevinclə qarşılayıb.

Qeyd edək ki, jurnalist 2012-ci ildə Suriyada Nüsra cəbhəsi tərəfindən vəzifəsini icra edərkən qaçırlımışdı.

 





25.08.2014    çap et  çap et