525.Az

Atasından bir yaş böyük, anasının qulu olan “mavi dəbilqəli” həmkarımız


 

Atasından bir yaş böyük, anasının qulu olan “mavi dəbilqəli” həmkarımız<b style="color:red"></b>

... Heç zaman, heç bir mövzuda heç kəsdən geridə qalmağı bacarmayan İlqar Həsənov bu mövzuda heç danışa bilmədi: – Aya, ay hacı, atam Musa müəllim dünyasını 54 yaşında dəyişmişdi. İndibeş gündən sonra mənim 55 yaşım tamam olur. Mən atamdan bir yaş böyüyəm...

... Heç zaman, heç kəsin qarşısından qaçmayanvəzifəli, vəzifəsiz, imkanlı, imkansız hamının səhvini şarakkadana üzünə deyən ( bəzən bu əməllərinə görə onu özündənrazılıqda ittiham etsələr , əslində qətiyyən elə deyil) İlqar bu geniş dünyada bir adamın köləsinə, quluna çevrilib. Amma qolları da açıqdır, yolları da. İstədiyi yerə gedə bilir: – Aya, ay hacı, İsmayıllıdan mənə faksla informasiya göndərəcəklər, sən canın, onu oxuyarsan, mən anama baş çəkim, gəlim.

Anama baş çəkim, gəlim”- ifadəsini çox sakit heç olmayıbmış kimi deyir. Eşidən elə bilər ki, onun anası küçənin o biri tayındakı evlərdən birindədir. Amma elə deyil. Anası Gəncədə yaşayır İlqar bu yolu ayda neçə dəfə gedib-gəlirsə, bilmirəm, onu bilirəm ki, yerlər göylər qədər savab qazanır. Hər məsələdə sözünün ağası olan bu adam anası ilə bağlı məsələlərdə sözün həqiqi mənasında qul kimi qulluq edir. Əhsən!

Heç bir inancı diqqətdən kənarda qoymur. Çox şeyə inanır. Məsələn, son günlər deyir ki, bu qoşa rəqəmlər mənə nəyisə izah edir: – Bax, hacı, 33 il əvvəl, mənim 22 yaşım olanda atam rəhmətə gedib. İndi mənim 55 yaşım tamam olur. Səncə, bütün bunlar təsadüfidirmi?

Cavab verə bilmədiyimə görə köhnə söhbətlərə qayıdıram: – Əşşi, orda var ki? Bir dəfə deyirdin ki, mən 3 dəfə ali təhsil almışam, 3 dənə diplomum var, 3 övlad atasıyam, cəmi 3 yerdə işləmişəm, 3 ölkədə olmuşam, 3 insana tükənməz məhəbbətim olub. olsun? Rəqəmdi , düzülüb. Onlar ki, cüt rəqəm deyildi.

A, kişi, dayan görək. O, 3 məhəbbət sözünü hardan artırdın? Mən elə söz deməmişəm.

Necə yəni deməmişəm? Demirdin ki, ən böyük məhəbbətim atama, anama, bir hansısa müəllimimə olub?

Həə...O başqa söhbətdi. İllərdi , gəlib keçirlər.

 Bəli, illər gəlib keçirlər, İlqar Musaoğlu. Təki gəlib keçsinlər. Amma illərin izləri təkcə saçımızda, saqqalımızda qalmasın.

Yeri gəlmişkən, illər İlqar Musaoğlunun təkcə yaşını artırmır. Hər il onun həyatında iləsə əlamətdar olur. Məsələn, ötənilki ad günü ərəfəsindəMilli Mətbuat Günüuzun illər ölkənin ən nüfuzlu jurnalist qazancı kimi qəbul edilmiş Azərbaycan Jurnalistlər BirliyininHəsən bəy Zərdabimükafatına layiq görülmüşdü. Fəxr edirdi. Deyirdi bu mükafatın laureatı olmağa sizin hamınıza nisbətən mənim daha çox haqqım çatır. Çünki Həsən bəy sizin təkcə mənəvi babanız olsa da, mənim həm həqiqi babamın adaşı çağdaşı olub. Bu il isə yenə jurnalistlərin peşə bayramında müstəqillik dövrümüzün ən dəyərli mətbuat təltifi kimi qiymətləndirilən Azərbaycan Mətbuat ŞurasınınAli Media Mükafatına layiq görüldü. Biz sevindik ürəkdən təbrik etdik. Üstəlik, həmin təbriklərimiz tükənməmiş oğlu İbrahim İlqaroğlu ali məktəbə qəbul olundu sevinc sevincə qarışdı. Yəni illər boş-boşuna keçmir, Allaha şükür.

İbrahim tələbə adı qazananda: – Öz canım üçün, mənim 55 yaşıma bundan yaxşı hədiyyə ola bilməzdidedi əlavə elədi ki, kifayət qədər gecikmişik. Çünki mən universitetə qəbul olunanda atamın 49 yaşı vardı. İbrahim tələbə adı qazananda isə mən artıq 55-i haqlamışam. Dedim təki, salamatlıq olsun bəy, dünyada heç kəs heç yerə gecikmir. Hərə öz qismətinə yazılan mənsəbə öz məqamında yetişir. Məsələn, elə adamlar var ki, 60-70 yaşlarında da ağsaqqal adını qazana bilmirlər. Sən isə artıq on illərdir çoxlarına ağsaqqallıq edirsən. Bunu hamı görür.

Bu məqamdayeri gəlmişkənifadəsini bir dəfə işlədib yuxarıda qeyd etdiyimizmavi dəbilqəliistiarəsinə haqq qazandıraq. Hamının bildiyi faktdır ki, “mavi dəbilqəlilər BMT missiyasını yerinə yetirən hərbçilərdir əsas vəzifələri münaqişədə olan tərəflər arasında sülh yaratmaqdan ibarətdir. İlqar isə bu sahədə heç bir vəzifə daşımır onun üçün BMT öz ürəyi, vicdanı bir rəhmətlik Musa müəllimin verdiyi tərbiyədir. Ətrafdakı münaqişədə olan tərəflər arasında sülh yaratmaq isə onun üçün vəzifə yox, insanlıq borcundan qaynaqlanan məqsəddir. Elə bir fakt ola bilməz ki, bizim əhatəmizdə kimsə kimdənsə incisin İlqar həmin incik tərəflərin arasındakı narazılıqların yox edilməsinə çalışmasın. Çalışır nail olur. Özü birdəfəlik.

Həmkarlarımızdan biri danışır ki, mənim filankəslə münasibətlərdə problemim olanda İlqar ikimizlə söhbət eləmişdi. Mənimlə ayrılıqda görüşəndə sübut elədi ki, qardaş, günah səndədir mən istər-istəməz o biri tərəfi bağışladım. Aradan xeyli keçəndən hər şey qaydasına düşəndən sonra isə mənə minnətdarlıq etdi ki, o zaman bizim sözümüzə qulaq asmağın yaxşı oldu. Onsuz da hamı bilirdi ki, sən tamamilə günahsız idin. Mat qaldım. Sən demə o biri adamla söhbətində eynilə belə danışıbmış. Yəni bu adam heç kəs qarşısında öhdəlik götürməsə həmişə sülhə, barışa, mehribanlığa can atır. Yaşıdları arasında ən çox dostu olan adama çevrilməsinin əsas səbəbi elə budur.

İndi isə İlqar Musaoğlunun dostlarına onu yaxından tanıyanlara bir sual: – Bilmirsiniz, İlqar ən çox zaman sevinib?

Təbii ki, bu sualın çoxsaylı cavabları ola bilər. Yəqin ki, hərə onun bir ya bir çox sevincinin şahidi olub. Ancaq mənə elə gəlir ki, o, ən çox... baba olanda sevinmişdi. Böyük baba olasan, bəy, ad günün mübarək!

 





25.08.2014    çap et  çap et