525.Az

Qlobal etika: fəlsəfi və dini məqamlar


 

Qlobal etika: fəlsəfi və dini məqamlar<b style="color:red"></b>

Qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir nəticələr zəncirini yaradır. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə imiclərin sərhəd tanımaz şəkildə sürət axın qazanması nəticəsində yer kürəsində müstəqil məhdud bir mövcudiyyətin mümkün olmadığı diqqətləri özünə cəlb edir. “Zaman-məkan fərqi” (Giddens), “zaman-məkan kompresiyası” (Harvey), “dünyanın kiçilməsiortaq dünya şüuru” (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxarır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə imkanları aralarındakı qarşılıqlı təsir mexanizmini mərkəzə alan yeni təhlil çərçivəsi başa düşülür.

Təsadüfi deyil ki, 1993- ildə Dünya Dinləri Parlamenti tərəfindən təşkil olunaraq bütün dünya dinləri təmsilçiləri tərəfindən imzalananUniversal  Əxlaqa Doğru Bəyannaməsi”, fərd cəmiyyətlərin inkişaf edərək sülh içində yaşamalarında dini dəyərlərlə etik dəyərlərin müştərək funksionallığa malik olacağına işarə edir. Məhz son zamanlarda aktuallıq kəsb edən Qlobal Etikaməfhumunun dini-etik dəyərlərin mədəniyyətlərarası dialoq çərçivəsindəki yeri rolu çox böyük əhəmiyyət kəsb edir. Belə ki, məşhur teoloq Hans KünqunQlobal Məsuliyyət:Yeni Dünya Əxlaqı Axtarışında”( Global Responsibility: In Search of A New World Ethic-1990 ) adlı kitabında müəyyən etdiyi kimi bütün dinlərdə öyrəniləsi çox şey var. Ona görə bütün etiqadların əsasında  insanların bərabərliyinə, fərdin cəmiyyətin dəyərli olmasına, ”yaxşının axırda qalib gələcəyinə olan inam mövcuddur.

Hans Künq almancaProjekt Weltethosadlı kitabında müxtəlif yerlərdə verdiyi mövzu ilə bağlı konfrans məqalələrini toplayıb. Alman dilində dünya mənasına gələn “Weltsözü yunanca əxlaq mənasında işlədilənethossözüylə birləşərək  “Weltethosməfhumunu yaradır. Bu da ingilis dilindəDünya Etikasımənasına gəlir.  Künqun qlobal etika məfhumu Samuel P. HantiqtonunMədəniyyətlərarası münaqişətezisinə qarşıMədəniyyətlərin uzlaşmasıtezisini təməlləndirir. Çünki ona görə mədəniyyətlərin yaranmasında dinlər qlobal uzlaşmanın da əsasını təşkil edir.

Digər tərəfdən islamdaözün üçün istəmədiyini başqası üçün istəməsözü, induizmdəşəxs özü üçün zərərli olaraq dəyərləndirdiyi şeyi başqalarına qarşı etməməlidir”, konfusizmdəözünə xoş gəlməyən bir şeyi başqasına da rəva görmə”, daoizmdəyaxşı adam başqalarının qazanclarını öz qazancı, başqalarının itkilərini öz itkisi kimi görən şəxsdir”, xristianlıqdainsanların sənə qarşı necə hərəkət etmələrini istəyirsənsə, sən onlara qarşı o cür hərəkət et”, yəhudilikdəözün üçün nifrət yaradan şeyləri dostlarına qarşı etməkimi kəlamlar ümumi etik dəyərləri ehtiva edir. Bu nümunələrQlobal etikakontekstində müxtəlif millət mədəniyyətlər arasındakı müştərək dəyər anlayışların meydana gəlməsi baxımından əhəmiyyətlidir.

Tarixdən məlumdur ki, müxtəlif dinə mənsub insanlar arasında yaranan mübahisələr dialoqdan çox, müharibələrlə nəticələnib. Çünki  hər bir din Mütləq Həqiqətin öz dini sistemində olduğunu iddia edərək məsələyə bu rakursdan  baxır. Orta əsrlərdə dini plüralizmin (Religious Pluralism), yəniMütləq Həqiqətinmüxtəlif cəhətlərdən təcrübə edilə biləcəyi hər bir dinin mütləq həqiqəti öz məfhum terminləri ilə izah etdiyi düşüncəsi mövcud deyildi. Digər tərəfdən isə islam dininin yayılması ilə tarix səhnəsində qanlı çarpışmaların olduğunu görürük. Belə ki, bu savaşlar işğallar din altında aparılır din adı altında mütləq həqiqət naminə insanlar qətlə yetirilirdilər. Bu baxımdan qlobal etika dini plüralizm baxış tərzi ümumbəşəri dəyərlərin dini-etik aspektdən müştərəkliyini vurğulayaraq, məşhur alman filosofu İmmanuel Kantın ifadəsi iləəbədi sülhəsəbəb ola bilər.

Məhz qeyd olunan qlobal dünya düşüncə sistemi kontekstində həm dini dəyərlər həm etik dəyərlər metafizik səviyyədə fəlsəfi olaraq təhlil edildiyində insanın mahiyyətinə əxlaqi dəyərlərinə dair müştərək nüanslara rast gəlmək mümkündür. Bu baxımdan dinlərin müxtəlifliklərinə baxmayaraq onların müştərək bir mütləq idealdan əmələ gəldiyi mütləq bir ideala xidmət etdiyi anlaşılır. Belə ki, dini fəlsəfi-metafizik intellektual məktəblər insanın mahiyyəti onun etik-mənəvi dəyərlərə malik olması mövzusunda fərqli terminlərdən istifadə etsələr , mahiyyətcə eyni mənanı ifadə etdiklərini vurğulayır. Nəticədə bütün bu intellektual təlim məktəblər insanın ali varlıq olduğunu qəbul edir. Məhzperennial philosophy-əbədi hikmət”(əl-hikmətu`l-xalidə) adlandırılan bu fəlsəfi cərəyan bütün əsrlər millətlər üçün səciyyəvi olan ümumbəşəri həqiqətlər anlayışıdır ki, bu da eyni zamanda dini həqiqətlərlə söykənir. Dini etik dəyərlər eyni həqiqətin özdə bir,  sözdə isə fərqli təzahürlərindən ibarətdir. Belə ki, Rene Guenon, Fritjhof Schoun, S.H.Nasr kimi məşhur sufi-mütəfəkkirlər yəhudi, xristian islam dinində ümumi transsendental dairəni, ümumi metafizik əsasları qəbul edərək dini etik dəyərləri bu prizmadan təhlil edirlər.

İnsanın mənəvi dünyası onun formalaşmasında  mühüm rola malikdir. Məhz dövlət bu kontekstdə xüsusi qayğı ilə  mənəvi dünyası inkişaf etmiş, ədalətli ictimai şüura malik insanın yetişdirilməsini əsas məqsəd hesab edir. Belə bir insan modeli həm milli həm ümumbəşəri etik-mənəvi dəyərləri özündə ehtiva edir. Hal- hazırda milli-mənəvi dəyərlər informasiya mübadiləsi qloballaşma prosesində mühüm aktuallıq kəsb edir. Bu baxımdan qlobal etika dini plüralizm kimi məfhumlar özündə multikulturalist cəmiyyətlərin inkişafı üçün vacib əsasları ehtiva edir.

 





25.08.2014    çap et  çap et