525.Az

Ukrayna Ali Radası buraxılıb


 

Ukrayna Ali Radası buraxılıb<b style="color:red"></b>

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.
 
“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib. 
 
Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”. 

 





26.08.2014    çap et  çap et