525.Az

İsrail təyyarələri Qəzzanın ən hündür binasını dağıdıb


 

İsrail təyyarələri Qəzzanın ən hündür binasını dağıdıb<b style="color:red"></b> Avqustun 26-na keçən gecə İsrail aviasiyası Qəzza zolağında yerləşən ən hündür binalardan birini dağıdıb.
 
525.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, binada onlarla mənzil, ticarət və ofis sahələri olub.  
 
Məlumata görə, zərbələr nəticəsində ölən yoxdur – İsrail tərəfi hücumdan əvvəl sakinləri binaya zərbələrin endiriləcəyi barədə xəbərdar edib. Əhali arasında “İtaliya mərkəzi” adlandırılan bu 15 mərtəbəli bina Qəzza şəhərinin şimal-qərbində yerləşir. Yerli mətbuat hava hücumu nəticəsində azı 20 nəfərin yaralandığını qeyd edir.  
 
Qeyd edək ki, ötən həftə İsrail ordusu Qəzzada 12 mərtəbəli yaşayış binasını, Rəfahda isə 7 mərtəbəli ticarət mərkəzini bombardman edib. İsrail tərəfi hər iki obyektin silahlılar tərəfindən istifadə edildiyini iddia edir. 
 





26.08.2014    çap et  çap et