525.Az

Sabit hava şəraiti davam edəcək


 

Sabit hava şəraiti davam edəcək<b style="color:red"></b>

Azərbaycanda nisbətən mülayim, sabit hava şəraiti noyabrın 7-də də davam edəcək. Mülayim cənub küləyi əsəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bu barədə 525.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 





06.11.2012    çap et  çap et