525.Az

Bir ailənin 3 üzvü bıçaqlandı: 1 ölü - Yenilənib


 

Bir ailənin 3 üzvü bıçaqlandı: 1 ölü - <b style="color:red">Yenilənib</b>

Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, 49 yaşlı Ülkər Abdullayevanı bıçaqlayaraq qətlə yetirən 23 yaşlı Nahid Qədəşov həmin qadının baldızının oğlu, həm də gəlininin qardaşı olub. O, dünən axşam saatlarında bıçaq götürərək Şağan qəsəbəsindəki evə gəlib və hələlik məlum olmayan səbəblərdən evdəkiləri bıçaqlamağa başlayıb. Gənc oğlan dayısı arvadı ilə yanaşı onun dayısını və dayısı oğluna müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tərəfləri ayırmağa çalışan N.Qədəşovun qardaşı Cahid Qədəşov da bıçaqlanıb.
 
Bildirilir ki, ailələr arasında indiyədək ciddi söz-söhbət olmayıb. Bu olayın səbəbini müəyyənləşdirmək də o səbəbdən çətindir. Hər halda hadisənin ailə-məişət zəminində törədildiyi ehtimal edilir.
 
3 saylı şəhər klinik xəstəxanasının həkimi Namiq Dəmirçiyev Lent.az-a bildirib ki, yaralılardan Ü.Abdullayeva xəstəxanaya gətirilərkən vəziyyəti daha ağır olub və onun həyatını xilas etmək mümkün olmayıb. T.Abdullayev isə hazırda reanimasiya şöbəsindədir və əməliyyat olunub. Onun həyatına təhlükə yoxdur. Daha bir yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, məlum olayla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

*** 11:31

Bakıda qətl hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 23:30 radələrində Şağan qəsəbəsində Əzizbəyov küçəsi ev 88-də qeydə alınıb.
 
Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.
 
Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini,  1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.

 





26.08.2014    çap et  çap et