525.Az

Gürcüstandan Azərbaycana avtomobil ixracı 47% azalıb


 

Gürcüstandan Azərbaycana avtomobil ixracı 47% azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 167 097 min dollar dəyərində 12 856 min minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 517 avtomobil və ya 47,2% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 26,8% azalıb.
 
Bu ilin 7 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 49,5% təşkil edib. Ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 50,4% təşkil edib.
 
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 337 627,6 min dollar dəyərində məhsul ixrac edilib. Yəni, Gürcüstanın ixracatının 20,3%-i Azərbaycanın payına düşüb.

 





26.08.2014    çap et  çap et