525.Az

Nazirlik ağacların kəsilməsi ilə bağlı şirkəti cərimələyib


 

Nazirlik ağacların kəsilməsi ilə bağlı şirkəti cərimələyib<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.
 
Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib.
 
Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
 





26.08.2014    çap et  çap et