525.Az

Qırğızıstan prezidenti azərbaycanlı yazarı mükafatlandırıb


 

Qırğızıstan prezidenti azərbaycanlı yazarı mükafatlandırıb<b style="color:red"></b>

Qırğız Respublikasının prezidenti Almazbek Atambəyov yazıçı-dramaturq Əmir Pəhləvanı ölkənin yüksək mükafatı sayılan “Aykol Manas” mükafatı ilə təltif edib.

“Media forum” saytı xəbər verir ki, mükafat Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində təqdim olunub.

Əmir Pəhləvan (Hacıyev) 1959-cu ildə Şahbuzun Mahmudoba kəndində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1990-cı ildə Ümumittifaq Teatr Yaradıcılıq İstehsalat Birliyinin köməyi ilə “İlham” adlı mədəniyyət qəzeti təsis edib. 1995-ci ildə isə “Step” LTD kino şirkətini yaradıb. Şirkətdə istehsal olunan bədii və sənədli filmlərin hamısının ssenari müəllifi, bəzilərinin həm də rejissoru özüdür.

Əmir Pəhləvan Azərbaycan, Türkiyə, ABŞ və Almaniyada çapdan çıxan 10-dan çox kitabın müəllifidir.

 





26.08.2014    çap et  çap et