525.Az

Ərdoğanın andiçmə mərasiminə Nalbandyan qatılacaq


 

Ərdoğanın andiçmə mərasiminə Nalbandyan qatılacaq<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Teyyub Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

“Media forum” saytı bildirir ki, Ermənistanın Xarici İşlər Nazirliyi avqustun 26-da belə bir rəsmi məlumat yayıb: “Türkiyənin yeni prezidentinin avqustun 28-də keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkəyə səfər edəcək”.

Ərdoğan avqustun 10-da Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsində prezident seçilib.

Türkiyə ilə Ermənistanın heç bir diplomatik münasibəti yoxdur. Bununla belə, Ankara prezident Serj Sərkisyanı andiçmə mərasiminə dəvət edib.

 





26.08.2014    çap et  çap et