525.Az

"Obama Suriyada hərbi əməliyyatlara başlamağa hələ qərar verməyib"


 

"Obama Suriyada hərbi əməliyyatlara başlamağa hələ qərar verməyib"<b style="color:red"></b> ABŞ prezidenti hələlik Suriyadakı “İslam  Dövləti” (İŞİD) qüvvələrinə qarşı hərbi əməliyyatlara başlamaq haqqında qərar verməyib.
 

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ ev sözçüsü Coş Ernest jurnalistlərin ABŞ-ın İraqdan sonra Suriyada da İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb-başlamayacağına dair sualını cavablandırarkən deyib.
 
İŞİD-dən ciddi təhlükə gəldiyini deyən C. Ernest Barak Obamanın məsələni diqqətdə saxladığını bildirib. O, hərbi gücün yeganə vasitə olmadığını və mübarizə üçün başqa üsullardan istifadə edilə biləcəyini vurğulayıb.
 





26.08.2014    çap et  çap et