525.Az

Pankarta və söyüşə görə cəza – AFFA qərarını verdi


 

Pankarta və söyüşə görə cəza – AFFA qərarını verdi<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın üçüncü turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının III turunun “Bakı” – “Qəbələ” matçında “Bakı” klubunun azarkeşləri tərəfindən açılmış pankarta (“AFFA – Mafia” sözləri yazılan pankarta görə - red.) görə klub 5000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının III turunun “Simurq” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

 





26.08.2014    çap et  çap et