525.Az

Bakıda meşə zolağında ağaclar yandırılır


 

Bakıda meşə zolağında ağaclar yandırılır<b style="color:red"></b> Bakının 6-cı mikrorayon ərazindəki meşə zolağında ağaclar bilərəkdən yandırılıb yerindən çıxarılır.
 
Bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər. Məlumata görə, təmizlik adı altında ağacların ətrafında quru ot və kol-kos yandırılır. Bundan sonra ağacları dibindən kəsirlər.
 
Məlumatı dəqiqləşdirmək üçün ərazidə olduq. Sakinlərin dediyinə görə, indiyədək onlarla ağac beləcə məhv edilib. Amma bunun kimlərin və nə məqsədlə etdiyi onlar üçün də qaranlıq qalıb. Bir yandan da kənar yerlərdən gəlib bura zibil atanlar ərazini zibilliyə çeviriblər. Ərazinin qorunmasına məsul olan şəxslər isə, sanki heç nə olmamış kimi sakinlərin şikayətini qulaqardına vururlar.
 
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, mütəxəssislər artıq ərazidə araşdırmalar aparır. Nəticəsi ilə bağlı açıqlama veriləcək.
 
 
Qeyd edək ki, həmin meşə zolağı mərhum akademik Həsən Əliyevin göstərişi ilə salınıb.
 





26.08.2014    çap et  çap et