525.Az

Zakir Həsənov Rumıniyaya səfər edəcək


 

Zakir Həsənov Rumıniyaya səfər edəcək<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya milli müdafiə naziri Mirça Duşanın dəvəti ilə avqustun 27-də bu ölkəyə səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.
 
Səfər avqustun 28-dək davam edəcək.

 





26.08.2014    çap et  çap et