525.Az

"Qanunsuz tələbə köçürməsinə dair müraciət olmayıb”


 

"Qanunsuz tələbə köçürməsinə dair müraciət olmayıb”<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qanunsuz tələbə köçürməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət göndərməsi barədə yayılan məlumatı təkzib edib.
 
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, TQDK tərəfindən Təhsil Nazirliyinə belə bir məlumat göndərilməyib. Bu, tamamilə yanlış məlumatdır.
 
Qeyd edək ki, mətbuatda TQDK-nın Təhsil Nazirliyinə qanunsuz tələbə köçürmələrinə dair müraciət göndərdiyi barədə məlumat yayılıb. Həmin müraciətdə 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulundan söhbət gedir.
 





26.08.2014    çap et  çap et