525.Az

"İŞİD" Roma Papasını hədələyib


 

"İŞİD" Roma Papasını hədələyib<b style="color:red"></b>

“İslam Dövləti” (əvvəlki adı İŞİD) terrorçu təşkilatın növbəti hədəfi Roma Papası Fransiskodur.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyanın “İl Tempo” qəzeti iddia edib.

İddiaya görə "İŞİD" katoliklərin liderini saxta məlumatlar yaymaqda ittiham edib və buna görə onu hədələyib.

İtaliya kəşfiyyat xidmətinin Vatikan Jandarmasını Roma Papasına sui-qəsd təşkil olunacağı ilə bağlı xəbərdar etdiyi bildirilir.

Məlumata görə, bundan xəbər tutan beynəlxalq aləm Papanın təhlükəsizliyini təmi etmək üçün Vatikana xüsusi mühafizə dəstələri göndərib.

Qeyd edək ki, Papa İraqda yaşayan xristianların, yezidi kürdlərinin "İŞİD" trəfindən qətlə yetirilməsini psiləyən bəyanat yaymışdı. O, öz şəxsi hesabından İraqda yaşayan xristianlara 1 milyon dollar yardım etmişdi.

 





26.08.2014    çap et  çap et