525.Az

Nazir Litvanın yeni səfirini qəbul edib


 

Nazir Litvanın yeni səfirini qəbul edib<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Lastauskas etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.
 
E. Məmmədyarov V. Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. 
 
Öz növbəsində V. Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
 
Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
 





26.08.2014    çap et  çap et