525.Az

Auditoriyanın maraq, düşüncə və zövqünü oxşamaq


 

Auditoriyanın maraq, düşüncə və zövqünü oxşamaq <b style="color:red"></b>

AZƏRBAYCAN TELEVİZİYASI RADİOSUNUN YARADICI KOLLEKTİVİ İŞÇİLƏRİ ÖZ ÜMDƏ VƏZİFƏSİNİ BUNDA GÖRÜR

 

Yəqin ki, bir çox sahələrlə müqayisədə televiziya radioda çalışmaq daha maraqlı cəzbedicidir. Amma bu, əlbəttə, insanın sağlamlığına təhsilinə cavabdeh olan həkim müəllim peşələrindən az məsuliyyət tələb etmir. Çünki hər evinailə üzvü çevrilmiş ekran-efir cihazından səslənən hər hansı fikir insanların nəinki əxlaq davranışına, eləcə psixoloji durumuna, səhhətinə təsir edir.

 

Xalqımız dövlət müstəqilliyinə nail olduqdan sonra milli teleradiomuzun əməkdaşları tarixi ədaləti bərpa etdilər: 1992-ci ildən bəri noyabrın 6-Azərbaycan radiosunun ilk dəfə efirə çıxdığı günölkəmizdə teleradio işçilərinin peşə bayramı kimi geniş qeyd olunmağa başlandı. Müstəqillik dövründə TV radiolarla bağlı yürüdülən siyasət görülən işlər ölkədə böyük çoxşaxəli teleradio məkanının formalaşdırılması ilə nəticələndi.

 

Amma 86 yaşlı radio 56 yaşlı televiziya dedikdə, ilk növbədə, ölkə teleməkanının birincisi olmaq missiyasını daşıyan Azərbaycan Televiziya Radiosu (indiki Azərbaycan Televiziya Radio Verilişləri QSC) yada düşür.

 

Azərbaycan Radio Televiziyasının yaranmasında inkişafında elə nəhəng simalar iştirak ediblər ki, bu, ölkəmizdəki digər elektron KİV-lərinə qismət olmayıb. Onların arasında Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Cəfər Cabbarlı, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Kazım Ziya, Mirzağa Əliyev, Mustafa Mərdanov, Ənvər Əlibəyli, Teymur Əliyev, Nəbi Xəzri, Elşad Quliyev, Aqşin Babayev, Tofiq Quliyev, Fikrət Əmirov, Anar, Seyfəddin Dağlı, Firudin Ağayev, Gəray Fəzli, Emin Mahmudov, Fikrət Qoca, Vaqif Səmədoğlu, Eldar Quliyev, Rəfael Hüseynov, Kamal Abdulla, Fərhad Bədəlbəyli başqalarının adlarını çəkmək olar. Məhz müqtədir sənətkarlarımızın təşəbbüsü əməyi misilsiz elektron məbədlərinin  Radioteatrın, sonradan isəTeleteatrın meydana gəlməsinə səbəb olmuşdu. AzTV-nin inkişafında bütövlükdə Azərbaycan televiziyaçı sənəti qarşısında Arif Babayev, Kamil Rüstəmbəyov, Kərim Kərimov, Rauf Kazımovski, Bünyad Məmmədov, Ramiz Mirzəyev, Tariyel Vəliyev, İsrafil Səfərov, Nazim Abbasov kimi istedadlı rejissorlar müstəsna xidmət göstəriblər.

 

Silinməz izlərdən biri dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin Şərqdə ilk notlu xalq çalğı alətləri orkestri yaratmaları ilə əlaqədardır. Bu təşəbbüs sonradan radionun nəzdində bir sıra nadir qiymətli musiqi kollektivininsimfonik, estrada-simfonik orkestrləri, xalq çalğı alətləri ansamblları, xor kapellası, uşaq xorunun ortaya çıxması ilə nəticələndi. Hazırda ölkə teleməkanında yalnız AzTV Azərbaycan Radiosu bu cürxəzinə malikdir. Bu musiqi kollektivlərinin müxtəlif veriliş proqramlarda iştirakı efiri daha da cazibəli edir.

 

AzTV-nin musiqi siyasətinə böyük diqqət verməsi efirdən yalnız peşəkar musiqinin səslənməsini təmin edir. Təqdirəlayiqdir ki, vaxtilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Ələsgər Qurbanov, Bülbül, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov, Cahan Talışinskaya, Zülfi Adıgözəlov, Xan Şuşinski, Yavər Kələntərli, Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Əlibaba Məmmədov, Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova, Akif İslamzadə, Əhməd Bakıxanov, Bəhram Mansurov, Əhəd Əliyev, Teyyub Dəmirov, Vaqif Mustafazadə kimi sənətkarlarımızın misilsiz ifalarını izləyicilərə çatdıran Azərbaycan Radiosu Televiziyası bu gün efirini bayağımusiqilərdən musiqiçilərdən qoruyur.

 

Azərbaycan Radiosunda Televiziyasında İsmayıl Əlibəyov, Raya İmanzadə, Soltan Nəcəfov, Aydın Qaradağlı, Züleyxa Hacıyeva, Fatma Cabbarlı, Sabutay Quliyev, Ramiz Mustafayev, Tamara Gözəlova, Nailə Mehdibəyova, Sara Manafova, Nizami Məmmədov  başqalarının yaratdıqları diktorluq məktəbini AzTV- Rafiq Hüseynov, Roza Tağıyeva, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Nərgiz Cəlilova kimi tanınmış diktorlar inkişaf etdiriblər. İndi bu məktəbin davamçıları sırasına Rafiq Həşimov, Dilarə Səlimova, Rəşad Mehdili, Ruslan Həsənov, Səbinə Məmmədova, Vüsalə Hüseynova, Ramiz İdrisoğlu başqaları daxildirlər.

 

Bu məbəddə Valid Sənani, Fəridə Aslanbəyova, Həbibə Məmmədxanlı, Ələkbər Abbasov, Şəfəq Əlixanova, Nadejda İsmayılova, Telli Pənahqızı, Rafiq Savalan, Akif Cabbarlı, Samir Əsgərxanov, Famil İsmayılov, Aqşin Kazımzadə, Aydın Əliyev, Çingiz İsmayılov, Faiq Həsənov kimi yüzlərlə jurnalist şərhçi yetişib. Bu gün həmin missiyanı Fikrət Adıgözəlov, İbrahim Məmmədov, Ceyhun Vaqifoğlu, Rüfət Həmzəyev, Nicat Nəsirli, Mehriban Əfəndiyeva, Südabə Cahangirli, Sevinc Muradova, Səyavuş Əliyev başqaları qürurla həyata keçirirlər.

 

Güclü maddi-texniki yaradıcı potensiala malik olan Azərbaycan Teleradiosu bu gün ölkə teleməkanında bayraqdar rolunu oynayır. Bir sıra obyektiv subyektiv səbəblərdən yaranmış tənəzzül dövrünü çıxsaq, 2006- ilin ikinci yarısından başlayaraq, məhz bu TV öz efirini bayağı, şit, qalmaqallı verilişlərdən uzaq tutur, “smsasılılığından qurtulub, aparıcı seçiminə diqqət yetirir, “qızıl dövrdən qalmış ənənəni bərpa edərək, tanınmış ziyalıları mütəxəssisləri veriliş proqram aparıcılığına cəlb edir. Hazırda AzTV-nintamaşaçıları ardınca aparmaqprinsipi ilə çalışmağa daha çox üstünlük verdiyi aydın duyulur. Maraqlıdır ki, götürülən bu istiqamət ölkə teleməkanına təsirsiz ötməyib. Hazırda digər telekanallar da zövqsüzlüyün hökm sürdüyü, qalmaqallı, bayağı proqram verilişlərdən imtina etməkdədir.

 

AzTV-ni ölkəmizin video salnaməçisi adlandırmaq olar. Azərbaycanın ictimai-siyasi mədəni həyatında baş vermiş hər mühüm hadisə ictimaiyyətə bütün təfərrüatı ilə məhz AzTV-nin efirindən çatdırılır. Azərbaycan teleradiosu ana dilinin, milli şüurun, mədəniyyət incəsənətin bütün qollarının inkişafında önəmli rol oynamaqdadır. AzTV ölkə daxilində xaricində olan bütün görkəmli tanınmış siyasi, ictimai, elm, mədəniyyət incəsənət xadimlərimizin həyat yaradıcılıq yolunu işıqlandırıb indi xalqımızın ləyaqətli qürurlu övladlarının ölkə qarşısında göstərdikləri xidmətləri tamaşaçılara çatdırmaqdadır.

 

Bu illər ərzində AzTVXalqımızın kədərikədərimiz, sevincisevincimizdirşüarının təbliğatçısına çevrilib. Yəqin ki, bir məqam əksər tamaşaçıların diqqətini cəlb edib: torpaqlarımızın işğalı ilə bağlı olan bütün təqvim günlərində AzTV-nin efirində həmin mövzulara həsr olunmuş verilişlər, proqramlar, sənədli filmlər tamaşalar təkrar-təkrar göstərilir. Bununla da AzTV tariximizin hər bir səhifəsinin unudulmamasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışdığını nümayiş etdirir. Bəzi kanalların həmin günlərdə əyləncəli verilişlər yaymasına rəğmən...

 

2009-cu ildən başlayaraq QSC iri media-holdinqə çevrilmək yolunu tutub. Bu quruma AzTV, “Mədəniyyət”, “İdman Azərbaycankimi telekanallar, Azərbaycan Radiosu, Teleradio Akademiyası, bir sıra dövri nəşr daxildir. Qeyd etmək lazımdır ki, yaradıldığı tarixdən qısa müddət keçməsinə baxmayaraq, tamaşaçılarınMədəniyyətİdman Azərbaycanla bağlı ümidləri özünü doğruldub. Dünənə qədər “Mezzo” televiziyasının işini nümunə göstərənlərin əksəriyyəti bu günMədəniyyəttelekanalının fəaliyyətindən razı qaldığını bildirir. Onu da demək vacibdir ki, “Mezzo”dan fərqli olaraq, “Mədəniyyətkanalı milli dünya mədəniyyətinin bütün qollarını əks etdirən proqram verilişlər nümayiş etdirir bu zaman maarifləndirici istiqamətə xüsusi diqqət yetirir. Azərbaycanda keçirilən bütün irimiqyaslı musiqi tədbirləriÜ.Hacıbəyov, Q.Qarayev, Bülbül, M.Rostrapoviç adına beynəlxalq musiqi festival müsabiqələri, Respublika muğam müsabiqəsi, Qəbələ beynəlxalq musiqi festivalı bu kimi nəhəng layihələrMədəniyyəttelekanalı vasitəsilə tamaşaçılara ətraflı şəkildə çatdırılır. Bu günMədəniyyətmilli, klassik müasir musiqinin, teatrın, kinonun əsl carçısına çevrilib. Bu kanalda yerli dünya musiqisinin, operanın, baletin, filmlərin, dram komediya tamaşalarının ən gözəl nümunələri nümayiş etdirilir.

 

AzTV Mədəniyyəttelekanallarında yayılanHəftə”, “Günün nəbzi”, “Poeziya”, “Ədəbi abidələr”, “Xəbərlər”, “Buta”, “Xəbər var”, “Səhər”, “Ovqat”, “Səadət”, “Mühazirə”, “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Yada düşər xatirələr”, “Musiqi xəzinəsi”, “Daha bir görüş”, “Möhtəşəm şəhərlərin musiqisi”, “Mahnı qanadlarında”, “Dünya rəqsləri” “Dünya kino inciləri”, “İdrak”, “Ailə həkimi”, “Şəfa yolu”, “Maraq dünyası”, “Dadlı dünya”, “? Harada? vaxt?”, “İntellekt”, “1001 sual”, “Mənazərbaycanlıyam”, “Çoxbilmişlərdənsinizmi?” kimi proqram verilişlər müxtəlif mövzuların əhatə edildiyinə rəngarəngliyə əyani sübutdur. Televiziya radioQızıl fonddan seçmələrlə həm arxivinin zənginliyini göstərir, həm tamaşaçı dinləyicilərdə nostalji hisslər oyadır...

 

İdman Azərbaycantelekanalı idmanın bütün növlərinin təbliğində mühüm əhəmiyyətli rol oynayır. Bu kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş, boks, avtomobil yürüşü (“Formula-1”) sair idman növlərinə aid olan bir çox görüş turnirlər tamaşaçılara təqdim olunur. Kanalın hazırladığıİdman xəbər”, “Çempionlar klubu”, “Arena”, “Ən güclü”, “Futbol gecəsi”, “İdman tarixi”, “İdmansağlamlığın rəhnidir”, “Olimp”, “İdman ensiklopediyası”, “Şahmat klubukimi verilişlər böyük maraq doğurur.

 

Kanalın futbola ayırdığı diqqət isə çoxsaylı azarkeşləri sevindirməyə bilməz. Bu il futbol üzrə Avropa çempionatını qadınlar arasında dünya çempionatını (U-17) nümayiş etdirənİdman Azərbaycantelekanalı Çempionlar Liqası, Avroliqa, Premyer-Liqa oyunlarının, İngiltərə, İspaniya İtaliya çempionatlarının yayım hüququna malikdir. Builki London Olimpiadasında çıxış edən idmançılarımızınqızılgümüşbürüncsevincini böyük coşqu ilə azarkeşlərlə paylaşmaq qisməti AzTV İdman Azərbaycana nəsib oldu.

 

Hər zaman olduğu kimi, bu il Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin fəaliyyəti müxtəlif mükafatlara layiq görülüb. Dahi təkrarolunmaz müğənni Müslüm Maqomayevin həyat yaradıcılığına həsr olunmuşƏlvida salam, Bakısənədli televiziya filmi – “TEFİ-Sodrujestvo”, “Musiqi xəzinəsiverilişi – “Humaymükafatlarını alıb.

 

Bir sözlə, əksəriyyətimiz rahat mənzillərdə ekran qarşısında oturarkən, teleradio əməkdaşları qaynar günəş şüaları altında ya soyuq hava şəraitində kamera mikrofonların, monitor pultların arxasına keçir, tamaşaçıları məlumatlandıran, maarifləndirən əyləndirən veriliş proqramların ərsəyə gəlməsi üçün gecə-gündüz yorulmadan çalışırlar. Təbii ki, teleradio əməkdaşlarının fədakar əməyi xalqımız dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təkcə onu demək kifayətdir ki,  2006- ildən bəri 100 nəfərdən artıq televiziya radio əməkdaşı Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin fərmanları ilə müxtəlif fəxri adlara, prezident təqaüdünə layiq görülüb.

 

Əməyinə verilən yüksək qiymətdən ruhlanan Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin yaradıcı texniki işçiləri peşə bayramını öz sevimli tələbkar tamaşaçı dinləyici auditoriyasının maraq, düşüncə zövqünü oxşayan verilişlər hazırlamaqla xidmət yerində qarşılayırlar.

 

Şamil VƏLİYEV

Filologiya elmləri doktoru professor,

 

Əməkdar jurnalist
 





06.11.2012    çap et  çap et