525.Az

Aqşin Yenisey: “Allaha və bəndələrinə təşəkkür edirəm”


 

Aqşin Yenisey: “Allaha və bəndələrinə təşəkkür edirəm”<b style="color:red"></b>

Bakıdakı Mərkəzi Gömrük Hospitalında qaraciyər sirrozu və sarılıqdan müalicə olunub evinə dönən 36 yaşlı şair Aqşin Yenisey avqustun 26-da “Media forum” saytına danışıb.

525.az-ın "Media forum"-a istinadən verdiyi məlumata görə, o, iyulun 16-dan müalicəsini ev şəraitində davam etdirdiyini deyib:

“Həftədə bir dəfə qan analizi verirəm. Nəticəyə uyğun olaraq müalicə alıram. Səhhətim yaxşıdır. Qanda olan zərərli toksinlərin göstəricisi normaldır. Demək olar ki, sağlam insan həddindəyəm. Xəstəxanada iki-üç ay hərəkətsiz qaldığım üçün əzələ ağrıları olur. Həkimlərin dediyinə görə, bir az gəzmək lazımdır”.

Aqşin Yenisey əlavə edib ki, ev şəraitində müalicə yaxşı effekt verib:

“Nəticələr müsbətdir. Prezidentin göstərişi ilə müalicəmin bütün xərclərini dövlət üzərinə götürüb. Buna görə Allaha və bəndələrinə təşəkkür edirəm. Çünki öz imkanlarım ancaq ölmək üçün yetərli idi. Başqa heç bir şeyə gücüm çatmazdı”.

 





26.08.2014    çap et  çap et