525.Az

Ankarada “Piano Festivalı”nı Əzizə Mustafazadə açacaq


 

Ankarada “Piano Festivalı”nı Əzizə Mustafazadə açacaq<b style="color:red"></b> Ankarada keçiriləcək “Piano Festivalı”nın açılışını azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadə edəcək.
 
APA-nın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, festivalın açılışında Ə.Mustafazadə trionun müşayiətində geniş konsert proqramı ilə çıxış edəcək. Musiqiçi pianoda ifa etməklə yanaşı, müxtəlif illərdə təqdim etdiyi əsərlərini də oxuyacaq.
 
Konsert proqramında Ə.Mustafazadənin Aşıq Veysələ aid “Uzun, incə bir yoldayam” əsərini ifa edəcəyi də gözlənilir. Sənətçini basda Ralf Cetto, zərbdə Simon Zimbardo müşayiət edəcək.
 
Festivalın açılışı sentyabrın 30-da keçiriləcək.

 

 





27.08.2014    çap et  çap et