525.Az

Əbülfəs Qarayev Rəşad Məcidi təbrik edib


 

Əbülfəs Qarayev Rəşad Məcidi təbrik edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidi 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir. 

“Hörmətli Rəşad muəllim!

Bu gün Siz yüksək şüur, vətəndaş fəallığı və ləyaqətlə yaşanmış ömrün əllinci pilləsinə qədəm qoyursunuz. Əlli yaş gəncliyin müdriklik zirvəsidir, o ucalığa baxarkən Azərbaycan xalqının istəkli övladı Rəşad Məcidin parlaq şəxsiyyətinin yaradıcılığının işığını istisini görməmək, duymamaq mümkün deyil.

Sizin ilk gənclik illərindən qələmə aldığınız yurda, insana, təbiətə heyranlıq ifadə edən bənzərsz şeirləriniz qədim tarixə malik milli poeziyamızın yeni nəfəsli örnəkləri sırasındadır. Sayca az, amma peşəkarlıq baxımından müasir Azərbaycan nəsrinin ən maraqlı əsərləri olaraq dəyərləndirilən hekayələriniz vətənimizdə onun hüdudlarından kənarda sevilə-sevilə oxunmaqdadır.

Hörmətli Rəşad muəllim!

Siz gözəl şair yazıçı olmaqla bərabər, yeni dövr jurnalistikamızın təzələnməsi inkişaf etməsi üçün əhəmiyyətli işlər görmüsüz. Yaratdığınız «525-ci qəzet»in fəaliyyətini milli mətbuatımızın xüsusi mərhələsi adlandırmaq olar.

Sizin aydın, cəsarətli doğru vətəndaş mövqeyiniz cəmiyyətimizin inkişafına ciddi təsir göstərir. Siz ədəbiyyatın, mətbuatın, ictimai düşüncənin yüksəlişi, xüsusilə yaradıcı gənclərin meydana çıxıb püxtələşməsi üçün əlinizdən gələni əsirgəmirsiz.

Mədəniyyət Turizm Nazirliyi ilə sıx əlaqələrinizi, Azərbaycan Yazıçılar Birliyinin katibi bir qələm sahibi olaraq keçirilən tədbirlərdə yaxından iştirakınızı yüksək dəyərləndiririk.

Ömrünüzün ən qaynar bir mərhələsinə qədəm qoyduğunuz bir vaxtda inanırıq ki, Siz istedadınızdan, təşkilatçılıq qabiliyətinizdən təcrübənizdən istifadə edərək zəngin mədəniyyətimizin təbliğ olunması müasir qloaballaşma dövründə gənc yazarların ideya mənəvi cəhətdən milli ruhda formalaşması üçün bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.

Bir daha Sizi ölkənin mədəniyyət turizm ictimaiyyəti şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, xoşbəxtlik yeni yaradıcılıq uğurları arzulayıram.

Əlli yaşınız mübarək!

Hörmətlə, Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev

 





27.08.2014    çap et  çap et