525.Az

Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Ankaradakı səfirliyinə nota göndərib


 

Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Ankaradakı səfirliyinə nota göndərib<b style="color:red"></b>

Azərbaycanın Türkiyədəki səfirliyi Avstraliyanın Cənubi Uels ştatının qanunvericilik orqanının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qətnamə qəbul etməsi ilə əlaqədar bu ölkənin Türkiyədəki səfirliyinə nota göndərib.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, Avstraliya səfirliyi ölkəsinin federal səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib.

E. Abdullayev əlavə edib ki, milli müqəddəratı təyinetmə prinsipinə dəstək verilməsi haqda bütün bəyanatlar hansısa ölkənin ərazi bütövlüyünün pozulması mənasına gəlmir: “Azərbaycan da dəfələrlə xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini söyləyib, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır”.

Xatırladaq ki, Avstraliyanın Cənubi Uels ştatı “Xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması” adlı qətnamə qəbul edib. Qətnamədə Avstraliya hökuməti uydurma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa və separatçı qurumla əlaqə yaratmağa çağırılır.

 





06.11.2012    çap et  çap et