525.Az

Rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir


 

Rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilatçılığı ilə 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir.

Komissiyanın mətbuat katibi Elnur Nağızadənin 525.az-a verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub və təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlandır. İmtahan Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində 1 binada keçirilir. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi isə sentyabrın 9-da keçiriləcək.

S.QARAYEVA

 





08.09.2012    çap et  çap et