525.Az

Nəqliyyat sektorunda sərnişindaşıma tarifləri ucuzlaşıb


 

Nəqliyyat sektorunda sərnişindaşıma tarifləri ucuzlaşıb<b style="color:red"></b>

Dövlət Statistika Komitəsi oktyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb.

525.az-ın Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb.

Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 72,9 faiz, idxal üzrə 8,0 faiz, tranzit üzrə isə 2,7 faiz bahalaşıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri sabit qalmış, digər xarici ölkələrə isə 7,7 faiz ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 3,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,1 faiz və 7,7 faiz, boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 0,3 faiz ucuzlaşıb.

 





06.11.2012    çap et  çap et