525.Az

AKP prezident üsul-idarəsinə keçməyi təklif edir


 

AKP prezident üsul-idarəsinə keçməyi təklif edir<b style="color:red"></b> Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası parlament respublikasından prezident üsul-idarəsinə keçməklə bağlı təklifi Böyük Millət Məclisində müzakirəyə çıxarıb.
 
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir. Təklif edilən qanun çərçivəsində prezidentin səlahiyyətlərinin artırılması planlaşdırılır. Burada məqsəd real hakimiyyətin baş nazirdən prezidentə təhvil verilməsidir.

Əvvəllər dövlət başçısının parlamentdə seçilməsindən fərqli olaraq, konstitusiyaya edilən düzəlişlərə əsasən, Türkiyənin yeni prezidenti 2014-cü ildə ilk dəfə olaraq birbaşa seçkilər vasitəsilə seçiləcək.
Sosial sorğuya əsasən, bu seçkilərdə ən çox Baş nazir Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı var.
 





06.11.2012    çap et  çap et