525.Az

Qeyri-ixtisaslı jurnalistlər: “İxtisasım üzrә işlәsәydim..."


 

Qeyri-ixtisaslı jurnalistlər: “İxtisasım üzrә işlәsәydim..."<b style="color:red"></b>

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

APA TV-nin əməkdaşı Mahir Məmmədli: “Mәn Qәrb Universitetinin politologiya ixtisasına qәbul olunmuşam. Sonra öz istәyimlә Gәncә Dövlət Universitetinin Hüquq fakültәsinә köçürülmüşәm. Elә oranı da bitirmişәm. Öz ixtisasım üzrə işləməmişəm.

Ali mәktәbә qәbul olunanda artıq jurnalistika sahәsindә fәaliyyәtә başlamışdım. Tәlәbәlik illәrindә dә media sahәsindә fәaliyyәtimi davam etdirdim. İnstitutu bitirәndә ANS-in Gәncә müxbiri idim. Sonralar da mәtbuatdan 1 gün dә kәnarda işlәmәmişәm. İxtisasım üzrә işlәmәk arzum olmayıb. İndi dә yoxdur. Mәn jurnalistikanı sevirәm.

1990-1991-ci illәrdә Gәncәdә orta mәktәbdә oxuyanda Rauf Arifoğlu ilә tanış olduq. O vaxt “Yeni Müsavat” Gәncәdә gizli çap olunurdu. Qәzetdә Rauf bәyә yardım edirdim. Elә o vaxtdan jurnalistikaya marağım yarandı. 1992-ci ildә artıq “Yeni Müsavat” Bakıya köçmüşdü. Orta mәktәbi bitirdim vә Rauf Arifoğlu mәni Bakıya işlәmәyә dәvәt etdi. Bununla da peşәkar jurnalistikaya yaxınlaşmış oldum vә Bakıya gәlәrәk qәzetlәrdә işә başladım.

1992-ci ildә test üsulu ilә qәbulun ilk ili idi. Mәn test üsulu ilә qәbula yox, adi qaydada imtahanlara hazırlaşmışdım. Gәncәdә tarix fakültәsinә qәbul olunmaq istәyirdim. Bakıda oxumaq fikrim yox idi. Amma iş elә gәtirdi ki, mayda hakimiyyәt dәyişdi, demokratik qüvvəlәr yeni qaydalar tәtbiq etdilәr. Hәmin il qәbul imtahanları sentyabra qәdәr lәngidi. İyulda isә Qәrb Universitetinә qәbul keçirilirdi. İmtahan verdim vә qәbul olundum. Universitet ürәyimcә idi. Amma jurnalistika fakültәsi fәaliyyәt göstәrmirdi orda. Bu sahәyә daha yaxın olan politologiya vә sosiologiya fakültәsini seçdim. Hәm dә hesab edirәm ki, yaxşı jurnalist olmaq üçün jurnalistika fakültəsini bitirmәk vacib deyil. Jurnalistika sonradan öyrәdilәn şey deyil, istedad mәsәlәsidir, qanda olsun gәrәk.

Bu 22 ildə çox mətbu orqanda çalışmışam. Әn tanınmışları deyim: “Yeni Müsavat”, “Cümhuriyyәt”, “Ekspress”, “Günaydın”, “Mәrkәz” qәzetlәri, Space, ANS, APA televiziyaları. Amma karyeramın әn uzun dövrünü “Yeni Müsavat” vә ANS-dә keçirmişәm.

Yalnız iqtisadi baxımdan özümdәn narazıyam. Hesab edirәm ki, ixtisasım üzrә işlәsәydim, dolanışığım daha yaxşı olardı, kirayәdә yaşamazdım, daha yaxşı maşın sürәrdim, borcum olmazdı. Amma onda belә rahat olmazdım. Jurnalistikada çox rahatam. Yaşım 40-a yaxınlaşır vә ömrümü jurnalist kimi bitirmәkdә qәrarlıyam. Tәbii ki, qismәt olsa”.

Jurnalist, Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun əməkdaşı Samirə Əhmədbəyli: “Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Mən kitabxanaçılıq fakültəsinə təsadüfən düşmüşəm. Jurnalistika fakültəsinə düşməyə bir balım çatmayıb və məcburən o fakültəni diplom xətrinə oxumuşam.

Ümumiyyətlə, jurnalist olmaq fikrində olmuşam. İlk yazılarım 11-ci sinifdən çap olunub. Jurnalist işləməyə ikinci kursdan başlamışam. Birinci iş yerim çox qısa müddətə “Olaylar” agentliyi olub. Ondan sonra Mehman Cavadoğlunun komandasında “Rezonans” qəzetində, sonra “İntibah” qəzetində işləmişəm. Oradan “Yeni Müsavat” qəzetinə getmişəm. “7 gün”qəzetində də uzun müddət çalışmışam. Sonra xırda müddətlərlə müxtəlif yerlərlə əməkdaşlıq etmişəm. 2005-ci ildən Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutuna gəlmişəm. Elə o vaxtdan burda, bir il də həyat yoldaşımla (Səbuhi Məmmədli-red.) Moskvada, ordakı diaspor qəzetində işlədik. Sonra bura qayıtmışam.

Bundan sonra jurnalistika ilə məşğul olduğuma görə peşman olub neyləyəcəyik (gülür). Sənətimiz budur. Təbii ki, jurnalistikanın, xüsusən Azərbaycanda, bu şəraitdə öz çətinlikləri var. Əslində mənim beynəlxalq təşkilatda işləməyimin səbəbi artıq yerli mətbuatda öz yerimi görməməyimdir. Çünki bildiyiniz kimi, yerli mətbuatda qütbləşmə, hakimiyyətin basqıları var. Bütün bunlardan uzaq olmaq, azad fikrimi bildirə bilməkdən ötrü beynəlxalq təşkilatda işləyirəm. Mətbuatın hazırkı vəziyyətini düşünəndə mənim üçün çox ağrılıdır. Daha azad bir mətbuatda jurnalist olaraq işləmək istərdim. Amma təəssüf ki, bu arzu mümkün deyil. Belə görürəm ki, yaxın zamanlarda da mümkün olmayacaq.
Mən başqa işlə məşğul ola bilməzdim. Çünki yazmaqdan və redaktə etməkdən başqa heç bir iş əlimdən gəlmir. Bu sırf bacardığım yeganə işdir. O baxımdan jurnalistikaya gəlişimdən razıyam deyə bilərəm. Çünki başqa yerdə özümü tapa bilməyəcəkdim. Amma həm də narazıyam, ona görə ki, hazırkı durumla əlaqədar olaraq istədiyim fəaliyyəti göstərə bilmirəm”.

“Baymedia.az” saytının redaktoru Elnur Eltürk: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişəm. Uşaq hazırlamışam, abituriyentlərim olub. Amma 2009-cu ildə bu fəaliyyətimi dayandırdım. Media və ictimai işlərə üstünlük verdim.

Mətbuata təsadüfən və ya məqsədli şəkildə gəlmək haqda suala cavab verməyə çətinlik çəkirəm. Yəni, mətbuat elə bir sahədir ki, insan bura düşəndən sonra, birdə çönüb baxırsan ki, illərini arxada qoymusan. Bu sahəyə xüsusi marağım olub. Düşünməmişəm ki, nə zamansa media sahəsində çalışacağam. Çünki elə olsaydı mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə yox, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olardım.

Amma jurnalistikaya gəlişimi sürətləndirən bir sıra amillər olub. 2007-ci ildə Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatında sədr müavini olaraq fəaliyyət göstərirdim. Təşkilatda media ilə əlaqələr qurmaq və bu işləri koordinasiya etmək mənə həvalə olunmuşdu.

Bir məsələni qeyd edim ki, əvvəldən media sahəsi ilə maraqlanırdım. Haradasa 12 yaşımdan mətbuatı izləyirəm. O zaman daim bir gündə üç-dörd qəzeti oxuyurdum və maraqlı imzaların yazılarını səbrsizliklə gözləyirdim. Düşünürəm ki, bu mənim mətbuata gəlişimə təsir göstərən amillərdən biri olmalıdır.  Bəlkə də düşdüyüm mühitin də təsiri olub və media sahəsində dostlarım çox olub. Sonradan vaxtım olduqca “Türküstan” və “Yeni Nəfəs” qəzetlərində, “presspost.az” və s. saytlarda bir sıra yazılarla çıxış edirdim. Çalışırdım ki, siyasi-ictimai və geosiyasi hadisələrlə bağlı mətbuatda çıxışlar edim.

Beş ildir Güney Azərbaycan Televiziyası ilə əməkdaşlıq edirəm. “Vətəninfo.az” saytının redaktoru olmuşam. Hazırda “baymedia.az” saytının redaktoruyam.

Jurnalistikaya gəldiyimə görə təbii ki, razıyam. Geniş dost əhatəsi qazanmışam. Məni az-çox tanıyırlarsa, bunu medianın sayəsində qazanmışam”.

“Olaylar” qəzetinin əməkdaşı Samir Güləliyev: “1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinə daxil olmuşam. İxtisasım teatr kollektivinin rejissorudur. Bir müddət Sarabski adına mədəniyyət evində çalışmışam. Hazırda da jurnalistika ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq istəyən orta məktəb şagirdlərinə (9-11-ci siniflər) aktyorluq və rejissorluq ixtisasları üzrə fərdi məşğələlər keçirəm.

1996-cı ildən mətbuatdayam. Jurnalistikaya həvəsim olub, lakin müəyyən problemlər üzündən jurnalistika fakültəsini bitirə bilməmişəm. İlk dəfə “Tələbəpress” qəzeti ilə əməkdaşlıq etmişəm. Orda bir müddət yazılarım dərc olunub. 1997-ci ildə “Təhqiqat” qəzetində işə qəbul olundum. 1999-cu ildə həmin qəzetin baş redaktoru oldum. 2001-ci ilə qədər müxtəlif qəzetlərlə əməkdaşlıq etmişəm. 2001-ci ildə hərbi xidmətə yollandım. 2002-ci ildə hərbi xidmətdən qayıdandan sonra bir il bizneslə məşğul oldum. 2003-cü il fevralın 14-dən “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetində çalışıram.

Peşman deyiləm. Jurnalistikaya heç kimin xahişi ilə gəlməmişəm. Özümün həvəsim olub. İlk əvvəl jurnalist kimi daimi fəaliyyət göstərmək istəməmişəm. Çünki ixtisasım rejissor olub və jurnalistika ilə vaxtaşırı məşğul olmaq istəmişəm. Amma sonradan mətbuatda mütəmadi yazılarımın dərc olunması bu sahəyə daha da bağlanmağımla nəticələndi. Əsl ixtisasımı jurnalistikaya qurban verməli oldum”.

Modern.az

 





29.08.2014    çap et  çap et