525.Az

Azərbaycanlı girovların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verildi


 

Azərbaycanlı girovların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verildi<b style="color:red"></b>

Ermənistanın baş prokuroru Qevorq Kostanyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin cinayət işlərinin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verildiyini bildirib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prokuror bu barədə bölgələrə səfəri zamanı deyib.
 
Onun sözlərinə görə, nazirliyin tərkibində yaradılan istintaq qrupu “terrorçuluq” və “diversiya törətməkdə” ittiham olunan azərbaycanlıların işini yekunlaşdıracaq.

Daha sonra isə istintaq materialları məhkəməyə göndəriləck və proses başlanacaq. Lakin Kostanyan istintaqın nə vaxt yekunlaşacağı ilə bağlı suala cavab verməyib.

 





29.08.2014    çap et  çap et