525.Az

Bakıda Teatr Bayramı


 

Bakıda Teatr Bayramı <b style="color:red"></b>

Məryəm xanımın heyranlığı

 

 

...Günün davamı maraqlı hadisələr vəd edirdi. Mətbuat konfransları, Məryəm Əlizadə Aydın Talıbzadənin moderatorluğu ilə plenar iclaslar, Cənubi Afrika  Respublikasının tanınmış teatr ulduzu Tembi Mıtşalinin iştirakı iləQadın intizarıtamaşası hələ qarşıdaydı.

 

... Çərçivəyə, protokola sığmayan incəsənət adamları üçün yəqin ki, ən cansıxıcı hadisələrdən biri iclasdı. Lakin ən sərt qəlibləri dağıtmaq onların əlində çox sadə bir işdir. II Bakı Beynəlxalq Teatr Konfransının da plenar iclasları yaradıcılıq aurası ilə seçilirdi. İclasların moderatorlarından biri teatrşünas, professor Məryəm xanım Əlizadə özü demişheyranlığını heç cür gizlədə bilmirdi: “Bu gün birinci plenar iclasda on dörd ölkəni təmsil edən iştirakçıların çıxışları oldu. bu iştirakçılar öz milli mədəniyyətlərinə söykənən teatr sənətlərindən söz açdılar. Plenar iclasın məruzəçiləri içərisində Kşiştof Zanussi kimi nəhəng sənətkarlar da var idi, gənclər . Lakin bunların hamısını sehirli teatr sənətinə olan məhəbbət birləşdirmişdi. Belə konfranslar Azərbaycan teatr düşüncəsinə çox güclü təkan verir, milli sənət prosesini yaxşı mənada qıcıqlandırır. Sanki biz yenidən, kənardan özümüzə baxırıq dəyərləndirmə aparırıq. Mən  müxtəlif mədəniyyətlərin nümayəndələrini dinlədikcə teatrımız, incəsənətimizin dünyada gedən sənət prosesindən geri qalmadığına əmin oldum. Çox cəsarətlə fəxrlə deyə bilərəm ki, xarici ölkələrin Azərbaycan incəsənətinə, bütövlüklə ölkəmizə maraqları olduqca böyükdür. Hesab edirəm ki, bu dəfə Azər Paşa Nemət, Aydın Talıbzadə, İlham Rəhimli Azərbaycan teatr sənəti barədə etdikləri məruzələrlə qonaqlarımızı qədim tarixi olan incəsənətimiz, mədəniyyətimiz barədə düşündürdülər...”

 

...Uzun illərdir, Azərbaycan teatrşünaslığının simasına çevrilmiş Məryəm xanımın dedikləri bununla bitmirdi. Onun Tembi Mıtşali haqqında danışdıqları olduqca maraqlı ovsunlayıcı idi. Amma bu barədə bir az sonra. Hələlik sizləri nigaran qoyub keçirəm Tembinin qrim otağına.

  

Qadın intizarı  

 

Cənubi Afrikanın teatr televiziya ulduzu Tembi Mıtşali 1949-cu ildə anadan olub. Lakin onunla söhbət edəndə yaşı, başqa irqə mənsubluğu qətiyyən hiss olunmur. Tembi çox gülərüz sadədir. OnunQadın intizarıdünyanın bir çox teatr salonlarını lərzəyə gətirib. Məqsədi elə bu imiş, öz millətinin, irqinin həqiqətlərini sənət dili ilə çatdırmaq:

 

Qadın intizarıavtobioqrafik əsərdir. Mən öz həyat hekayəmi dramaturq, rejissor Yael Fraberə danışmışam, o da bütün bunları qələmə alıb. O məndən gəncdir, amma bu işin öhdəsindən gözəl gəlib. Mən onunla işləməyi çox xoşlayıram. Bizim istəyimiz bir insanın taleyini danışmaqla, “ağlarqaralar  arasındakı münasibətlər, rasizm haqqında məlumat verməkdir. bütün bunlar övladını evdə qoyub pul qazanmaq üçünağlarınuşaqlarına dayəlik edən qadının dilindən nəql olunur.”

 

Tembi televiziya şousu aktrisası kimi fəaliyyət göstərir. O Keyptaunda yaşayır öz şəhərində məşhur olan komedik janrda televiziya verilişləri aparır. O Bakıya ilk dəfə gəlib paytaxtımıza heyranlığı ilə başqa qonaqlarımızdan çox da seçilmir: “Təəssüf ki, şəhəri görmək imkanımız çox az oldu. Dünən İçəri şəhərdə bir az gəzişdik. Heyrətamizdir. Möcüzəvidir. Yeganə çətinliyim dil problemidir. Lakin insanların səmimi münasibəti onları sözsüz anlamağa imkan verir. Müşahidələrimdən deyə bilərəm ki, dövlətiniz sürətlə inkişaf edir demokratik ölkədir.”

 

Tembinin səmimiliyi onunla istədiyin qədər söhbət etməyə imkan verirdi. Lakin o öz əsas sözünü səhnədə deyəcəkdi.

 

Monotamaşa aktrisanın dünyaya gəlməsi ilə başlanır. Səhnənin ortasında qoyulmuş taxta qutu simvoldur. Ana bətnini simvolizə edir. Hələ dünyaya göz açmamış körpə sanki qarşıdakı çətinlikləri əvvəlcədən hiss edərək doğulmaq istəmir. Vurnuxur, çırpınır, şikayət edir.

 

 

Səhnədə
dekorasiya çox azdır. Aktrisa təkdir. Bu səhnədə sayı, həcmi bilinməyən yeganə məhfum ruhdur, enerjidir. Tembinin ruhu, enerjisi. Əlavə boyaya, bərbəzəyə, dəbdəbəli, modern dekorasiyaya ehtiyacı yoxdur bu xanımın.  O tək canı, bir zulu ingilis dillərində zümzümə etdiyi afrikan mahnıları ilə doldurub səhnəni.

 

İkinci bir simvol ayaqqabılar idi... Balaca qızın valideynləri uzaqdadır,  o nənəsi ilə yaşayır. Ata-anasıyla ildə bir dəfə görüşə bilir. Lakin il ərzində ayaqlarının ölçüsü dəyişən balaca əziyyət çəkir. Üzünü göylərə, Allaha tutub valideynlərinə xəbər göndərir: “Ayaqqabılarım ayağımı sıxır, mənə yenisini alıb göndərsinlər...” Tembi qızcığazın iztirablarını, uşaqlığını gözləməklə, günləri, ayları saymaqla keçirməsini o qədər gözəl təsirli çatdırır ki, adam səhnəyə atılıb 63 yaşlı aktrisanın başını sığallamaq, ovundurmaq istəyir...

 

 Tamaşanın Tembidən başqa qəhrəmanları da vardı. Anasını simvolizə edən uzun paltar, uşağının əvəzinə bükülü mələfə, müqəvvalar s. Lakin Tembi bu cansız tərəf müqabillərini öz bənzərsiz ifası davranışı ilə canlandırır, danışdırır, ağladır, güldürür.

 

Bir insanın tarixçəsi, fərdin ağrıları ilə bütöv millətin keçdiyi çətin yol göstərilir burada. Aparteid dövründə qaradərililərin hüquqlarının tapdanması, özlərinin alçaldılması... Cənubi Afrika Respublikası yaranana qədər çəkdikləri zülm...

 

Tembi tamaşanın sonunda qızcığazın ayaqqabılarını götürüb baxır, kövrəlir: “Axı kim inana bilərdi ki, bu ayaqqabıların sahibi Azərbaycan səhnəsində monotamaşa göstərəcək?!”

 

Keçdiyi çətin yolu bir saat iyirmi dəqiqə içində yenidən yaşayan aktrisaya baxanda düşündüm ki, Rus Dram Teatrının salonunu böyük bir döyüş, mübarizə qalibiyyət qoxusu bürüyüb. Bu Tembinin qələbəsi idi.

 

Məryəm xanım bu dəfə Tembiyə heyranlığını gizlətmədən: “Mən bu gün Cənubi Afrika incəsənətinin mükəmməl bir nümunəsini gördüm. Əgər Tembinin ifası üç saat da davam etsəydi, nəfəs çəkmədən baxacaqdım ona. O bir daha sübut etdi ki, nəhəngdir dünyadakı uğurları təsadüfi deyil.”

 

Mədəniyyət Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə baş məsləhətçi Vəfa Novruzova tamaşanın aurasından çıxmağa imkan tapmamış yeni təşkilatı işlər başlarının üstünü kəsdirmişdi. MəşhurGörüşfilmindəki unudulmaz ifadə yerinə düşür burada: “Qonaq üçün süfrə açarlar, süfrə...”

 

Lakin bu süfrədə təkcə milli yeməklər deyil, həm musiqimiz, adətlərimiz, qonaqlarla xoş ünsiyyətimiz təqdim olunurdu. Ziyafətdə gənc skripka ustası, Əməkdar artist Səlim Abbasovun ifası isə qonaqları heyran qoymuşdu. Eyni zamanda muğamlarımız səslənərkən xaricilərin kameralarını işə salmaları, şövqlə  alqışlamaları da Azərbaycan incəsənətinin uğuru idi.

 

Bu gün sevinib gülürdük. Sabahkı gün isə daha həzin hüznlü notlar üzərində qurulacaqdı.

 

 

Bayramın sonu  II Bakı Beynəlxalq Teatr Konfransının bağlanışı

 

6 noyabr 2012-ci il. Bakı. Füzuli meydanında vida ovqatı hakim idi. Gün ərzində keçirilən plenar iclasların sonu yaxınlaşırdı. Aydın Talıbzadə Fransadan olan qonaq Petya Xristovanın apardığı iclasın yaddaqalan məqamı Erika Letayerin çıxışı oldu. Fransadan gəlmiş əslən fransız olan xanım bizə hörmət əlaməti olaraq türkcə danışdı sonda Azərbaycana sürprizini nümayiş etdirdi. Amma məncə bu sürpriz elə xaricilərin ürəyindən idi. Xalq artisti Simarə İmanovanın muğam ifasının fonunda Fransadan gətirilən foto-slayd nümayiş olunurdu. Sonda zalı lərzəyə gətirən alqışlardan bizim muğamımızın payını müəyyənləşdirmək çətin deyildi...

 

Beynəlxalq Teatr İnstitutununMədəni identifikasiya İnkişafkomitəsinin hesabatını alman Aleksander Ştilmark təqdim etdi.

 

... nağılımızın, bayramımızın sonuna lap az qaldı. Konfransın yekun çıxışını etmək üçün söz Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevə verildi. Ədalət müəllim duyğularının təzadlı olmasından danışdı: “Mən dünən çox həyəcanlı sevincli idim. Bu gün isə bir qədər kədərliyəm.”

 

Nazir müavini fransız yazıçısı filosofu Deni Didronun teatr barəsində fikirlərindən misal gətirdi: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi, təşkilatçılığı gücləndirmək əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı artırmaq, özlərinə inam yaratmaq kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca aparmaq, onların inandıqları, sevdikləri hökmdar da olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, bu daha doğru olar. Çünki teatra rəhbərlik etmək üçün qeyd olunan böyük işlərdən başqa, fitri istedad Allah vergisi olmalıdır. ”

 

Ədalət Vəliyev konfrans iştirakçılarına dünyada gedən proseslərin teatra, incəsənətə təsirindən danışıb fərqli fikirlər səsləndirdi. Bu gün İnformasiya Texnologiyalarının əsl, canlı sənətə təsiri aktual mövzulardandır. Texnikanın bu səviyyədə inkişafı bir tərəfdən istədiyimiz, arzu etdiyimiz sənəti, tamaşanı, filmi evimizin içinə, masamızın üstünə gətiribsə, digər tərəfdən bizi teatr salonlarından, kinoteatrlardan uzaqlaşdırıb. Nazir müavini bu məsələlər barədə fikirlərini bildirib teatrın əsas probleminin tamaşaçı olduğunu söylədi: “Teatrda müxtəlif problemlər ola bilər. Aktyorun maaşı, binanın vəziyyəti, texniki nasazlıqlar s. Bunların hamısı teatrın formalaşması üçün son dərəcə vacibdir. Lakin əsas məqam tamaşaçı ilə ünsiyyət yaratmaqdır.”

 

Ədalət Vəliyev Ulu Öndər Heydər Əliyevin teatra münasibətini göstərən   kiçik bir hadisəni iştirakçılara danışdı: “1982-ci ildəOqonyokjurnalının redaktoru Mixayıl SafronovunGecənin sirripyesi hazırda durduğum Dram Teatrı səhnəsində oynanılırdı. Heydər Əliyev tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşdü. buradateatr nədir?” sualı ətrafında müzakirələr başlandı. O zaman mən teatrda işlədiyimdən bu görüşü yaxından izləmək imkanım oldu. Heydər Əliyev üzünü M.Safronova tutubSən bilirsənmi teatr çox çətin bir mexanizmdir?” – dedi. M.Safronov bu sual ətrafında xeyli danışdıqdan sonra Heydər Əliyev əlini onun kürəyinə qoyub dedi: “Teatra rəhbərlik edən şəxs ölkəyə rəhbərlik edə bilər.”

 

Sonda Ədalət Vəliyev qonaqlara konfransda iştiraklarına görə dərin minnətdarlığını bildirib ölkələrinə Azərbaycandan qucaqdolusu salamlar göndərdi.

 

Konfrans bağlı elan olundu. İştirakçılar Akademik Milli Dram Teatrının önündə xatirə şəkli çəkdirdilər. Amma konfransdan bizə qalan təkcə şəkillər olmadı. Maraqlı tanışlıqlar, yeni simalar, məşhurların ustad dərsləri, fərqli, sehirli auralar şəhərimizin yaddaşından hələ uzun müddət silinməyəcək.

 

...Həmişə nağılların sonunda göydən üç alma gözləyirik... Elə bu teatr nağılından da səhnələrimizə üç sənət əsəri düşdü. Litvalı sənətkarların yaradıcılıq gecəsi Qadın intizarıRus Dram Teatrının, “Vağzal heç yerə getmiroyunu isə Gənc Tamaşaçılar Teatrının bəxtinə... 
 





07.11.2012    çap et  çap et