525.Az

"Sənə də qalmaz..."- Tofiq Quliyev-95


 

"Sənə də qalmaz..."-<b style="color:red"> Tofiq Quliyev-95</b> Bu gün Azərbaycan SSR-in xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin anadan olduğu gündür.

Tofiq Quliyev 7 noyabr, 1917-ci ildə Bakı şəhərində anadan olub. O, kamil musiqi qavrama qabiliyyətinə və fenomenal musiqi yaddaşına malik olan bir şəxs idi, eşitdiyi musiqi parçalarını dərhal pianoda ifa edə bilirdi.

Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir. 

Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi(1958). 1957 ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1968 ildən katibi. 1961 – 64 Filarmoniyanın direktoru. 1958 – 59 isə bədii rəhbəri olmuşdur. Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur. 2 Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Tofiq Quliyev Azərbaycan Estrada musiqisinin yaradıcılarındandır. 1941 – 45 müharibə illərində “Öldü var Döndü Yoxdur” sonrakı dövrlərdə “Neftçilər mahnısı”, “Qızıl sünbül”, “Azərbaycan” lirik mahnılardan isə “Sənə də qalmaz“, İlk bahar”, “ Sevgilim”, “ Sən mənim, mən sənin”, “ Axşam görüşlərinə”, “Bəxtəvər oldum” , mahnılarının müəllifidir. Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu vardır. O, “Sevimli mahnı”, “Görüş” , “Qızmar günəş altında” , “Ögey ana” , “Telefonçu qız” , “Belə ada da vardır” ,“Nəsimi ” , və s. filmlərə musiqi bəstələmişdir. Tofiq Quliyev “Aktrisa ” (1943) , “Qızıl axtaranlar ”(1963) , “Sənin bircə sözün ” (1967), “Tahirin süqutu”(1972), “Sabahın xeyir Ella ”(1973) operettalarının müəllifidir

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.


 





07.11.2012    çap et  çap et