525.Az

Barak Obama: “Bu qələbə püşkün nəticəsi, yaxud təsadüf deyil”


 

Barak Obama: “Bu qələbə püşkün nəticəsi, yaxud təsadüf deyil”<b style="color:red"></b>

“Prezident postunda sizin dəstəyinizi nəzərə alacaq və başladığımız işi başa çatdırmaq üçün əlimdən gələni edəcəyəm”.

APA-nın məlumatına görə, bu fikirlər yenidən dörd il müddətinə prezident seçilmiş Barak Obamanın yaydığı bəyanatda öz əksini tapıb.

APA-nın ABŞ-a ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Obamanın seçki qərargahının yaydığı bəyanatda prezident bildirib ki, yenidən prezident seçiləcəyi təqdirdə Çikaqoda seçiciləri qarşısında çıxış etməyi və onlara verdikləri dəstəyə görə minnətdarlıq etməyi planlaşdırır.

“Həmçinin istəyirəm biləsiniz ki, bu qələbə püşkün nəticəsi, yaxud təsadüf deyil. Bu qələbəni siz reallaşdırdınız. Bugünkü gün sübut edir ki, heç nəyə baxmayaraq sadə amerikalılar güclü maraqları dəf edə bilirlər. Bizim qarşımızda görəcəyimiz hələ çox iş var”.

Qeyd edək ki, Barak Obama növbəti müddətə prezident seçilib. Seçki qərargahlarında səslərin hesablanması davam edir, lakin Barak Obama artıq Seçicilər Kollegiyasında 284 səs qazanmağı bacarıb. Namizədin prezident seçilməsi üçün 270 səs toplaması kifayət edir.

 

 





07.11.2012    çap et  çap et