525.Az

Rusiyanın münaqişənin həllində rolu


 

Rusiyanın münaqişənin həllində rolu <b style="color:red"></b>

Ukrayna hadisələrinə görə Rusiya siyasətinin iflasa uğraması zaman keçdikcə iqtisadiyyatın da çökməsinə gətirib çıxara bilər. Bunun üçün ilk növbədə rəsmi Moskva düşdüyü bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başlayıb. Avropanın sanksiyaları ilə üzləşdiyi bir vaxtda Azərbaycana yan alan Şimal qonşularımız kənd təsərrüfatı sahəsində olan boşluqları doldurmağa çalışır. Bu baxımdan qeyd etmək olar ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində öz təşəbbüskarlığını artırması heç təsadüfi olmayıb.

 

Bu barədə “525”ə açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri (BMAM) Rufiz Qonaqov gələn ilə kimi Dağlıq Qarabağ münaqişəsinin həmişəki formatda qalacağını düşünmədiyini bildirib. O, hesab edir ki, Soçi görüşündən sonra erməni tərəfi eləcə Rusiya bu məsələdə ciddi bir dönüş yaratmağa çalışırlar: “Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün öz səylərini artırıb. Eyni zamanda Ermənistan başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin uzanması onların əleyhinə işləyir. Həm ölkə daxilində, həm ölkədən kənar proseslərdə Azərbaycanın daha da güclənməsi əsəbi bir vəziyyətdə olmasını Ermənistan dərk edir. Düşünmürəm ki, gələn il növbəti raund olacaq.

 

Politoloq R.Qonaqov qeyd edib ki, bu il münaqişənin tənzimlənməsi istiqamətində həm Rusiya səylərini artırıb dönüş yaratmağa çalışır, həm Ermənistan yollar axtarır ki, hər hansı bir formada Azərbaycan torpaqlarından geri çəkilsin: “Sadəcə Serj Sarkisyan ölkə daxilində olan hücumlardan, təzyiqlərdən devrilməkdən narahat olduğu üçün görüşlərdə etdiyi çıxışların əksinə olaraq öz ölkəsində başqa bəyanatlar verir. Hesab edirəm ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gələn ilə qədər uzanmasına imkan verməyəcək. Rəsmi Bakı nəyin bahasına olursa olsun, bu il məsələyə aydınlıq gətirməyə çalışacaq. İndinən münaqişənin növbəti mərhələlərdə hansı formatda davam etdirilməsinin əsası qoyulmalıdır”.

 

BMAM sədri hesab edir ki, real nəticələr görünməsə , Rusiya Qafqazda bu münaqişə ocağının qalmasını artıq istəmir: “ Rusiya-Azərbaycan əlaqələri inkişaf xəttindədir. İki ölkə Prezidentləri arasındakı münasibətlər yüksək səviyyədədir. Buna görə Rusiya Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı deyil. Prinsipial məsələdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

 

İnsan Hüquqları 21-ci Əsr Fondunun prezidenti Şahin Camalov isə hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atması ya bu cür görünmək istəməsi Rəsmi Moskvanın düşdüyü siyasi vəziyyətlə əlaqəlidir: “Rusiya artıq böyük həcmdə həm Avropadan təcrid olunub, həm iqtisadi sanksiyalarla üzləşib. Hesab edirəm ki, Rusiya düşdüyü vəziyyətdən çıxış yolu kimi Azərbaycanın da xidmətlərindən istifadə etmək istəyir. Rəsmi Bakının həm Avropa, həm Amerika, həm qonşu dövlətlərlə apardığı siyasət uğurlu nəticələrini verir. Hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərin yüksələn xətlə irəliləməs i bizim xeyrimizədir. Dağlıq Qarabağ münaqişəsinin yaranması uzanmasında olduğu kimi tənzimlənməsində Rusiyanın rolu böyükdür. Ümid edirəm ki, Rusiya siyasətinin iflasa uğradığı bir vaxtda, anlayacaq ki, Dağlıq Qarabağı Ermənistanın işğalında saxlamaq olmaz”.

 

Ceyhun ABASOV
 





01.09.2014    çap et  çap et