525.Az

Şəmkirdə dəhşətli qəza


 

Şəmkirdə dəhşətli qəza<b style="color:red"></b>

Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “VAZ-2107” markalı 2 minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobil yanmağa başlayıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və 3 nəfər sərnişin yanaraq xəsarət alıblar. Bir nəfər sərnişin 1960-cı il təvəllüdlü Mətanət Allahqulu qızı Ataşova hadisə yerində yanaraq ölüb.

Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





07.11.2012    çap et  çap et