525.Az

“Əl-Qaidə”nin birinci ledisi


 

 “Əl-Qaidə”nin birinci ledisi <b style="color:red"></b>

Amerikanın nüfuzlu “Foreign Policy” jurnalının kolumnisti Şeyn Harris “Əl-Qaidə” terror təşkilatının əsas simalarından biri, hazırda Amerika həbsxanalarından birində “terrorçuluq” fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən pakistanlı Afiyə Siddiylə bağlı məqalə yazıb.

 

Taliban onu Berqdala, “İslam dövləti” isə Foluiyə dəyişməyi təklif edir. Bəs, niyə bütün cihadçı təşkilatlar ABŞ-ın Afiyə Siddiyi azad etməsini arzulayır? “İki il öncə Amerikanın milli təhlükəsizlik sahəsində çalışan dövlət işçiləri pakistanlı məmurlardan cazibəli təklif aldılar. Əəgr Amerika “adam öldürməyə cəhd”də təqsirli bilinərək üzünmüddətli həbs cəzasına məhkum edilən Pakistan vətəndaşını azad etsə, rəsmi İslamabad 2009-cu ildən itkin düşənlər siyahısında olan amerikalı çavuş Boui Berqdalı azad etməyə cəhd göstərəcək. Hesab olunurdu ki, Beqrdal Pakistandakı talibançıların girovluğundadır”. 

 

“Təkliflə tanış olan hazırkı və sabiq amerikalı məmurların sözlərinə görə Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri dərhal rədd cavabı veriblər. Məsləhətçilərin fikrincə, 2010-cu ildə Əfqanıstanda amerikalıları öldürməyə cəhd göstərən və “Əl Qaidə” ilə əlaqədə olan Afiyə Siddiyin azad olunması administrasiyanın terror təşkilatlarına güzəştə getməməklə bağlı seçdiyi strategiyaya ziddir. Bu həm də potensial təhlükəli döyüşçünün azadlığa çıxması demək olardı.

 

“42 yaşlı Siddiy terrorla mübarizə dairələrində “Əl-Qaidənin birinci ledisi” kimi tanınırdı. O 11 sentyabr terror aktlarının təşkilatçısı Xalid Şeyx Məhəmmədlə bağlı idi və bir ara FederalTəhqiqatlar Bürosu tərəfindən ən çox axtarılan cinayətkarla siyahısına daxil edilmişdi. ABŞ-da – Massaçusets Texnoloji İnstitutunda təhsil alan və Braydeys universitetində dissertasiya işini müdafiə edən Siddiy 2008-ci ildə Əfqanıstanda həbs olunmuşdu. Onun üzərində sianid-natrium maddəsi, kimyəvi silah hazırlamaq, “çirkli nüvə silahlatı yaxud Ebol virusundan bioloji silah kimi istifadə etmək barədə təlimat kitabları aşkar olunmuşdu. FTB və hərbçilər Siddiyi sorğu- sual edən zaman o, diqqətdən yayınaraq stolun üzərindəki tapançanı götürüb və amerikalılara atəş açıb.     

 

“Radikallar dəfələrlə bəyan edirblər ki, Siddiy azad olunmazsa Berqdalı edam edəcəklər. Ötən həftə jurnalist Ceyms Foulini edam edən “İslam dövləti” onu da azad etmək üçün Siddiyin qeyd-şətrsiz azad olunmasını tələb edirdilər. Bir neçə gün öncə isə “İslam dövləti” humanitar təşkilatlarla əməkdaşlıq edən 26 yaşlı amerikalı girov qadını öz xanım liderləri ilə dəyişmək üçün təklif göndərib”.

 

Paralel olaraq Ağ Ev Siddiyn amerikalı girovlarla dəyişdirliməsi şətrlərini inadla rədd edir. Pentaqonun bir qrup mütəxəssisi isə qanunvericilikdəki bir bəndə əsasən bu girov dəyişikliyinin gerçəkləşdirilməsini təklif edib.

 

“Prezident Barak Obama ya Siddiyi əfv etməli, yaxud onun cəzasını yüngülləşdirməli olacaq. Çünki pakistanlı məhbusların öz ölkələrində cəza çəkməsi ilə bağlı ABŞ və Pakistan arasında dövlətlərarası müqavilə yoxdur. Ekspertlərin fikrincə, Amerika terrorçularla kompromiss anlaşma əldə edə bilərdi, lakin buna görə ictimaiyyətin sərt qınağı ilə üzləşəcəyindən çəkinir.  

 

Siddiyin işi Pakistanda böyük rezonans doğurmuşdu. 2010-cu ildə onun ABŞ-da həbsxanaya salınması Pakistanda geniş etiraz aksiyaları ilə müşahidə olunurdu.

 

Wikilekas-in ortaya çıxardığı diplomatik sənədlərdən aydın olur ki, Dövlət Departamentinin depeşalarında Siddiyin həbs olunmasının İslam aləmində mənfi qarşılanmasında narahatdır. Çünki hadisə əvvəlki şübhənin yəni xanım terrorçunun FTB və Pakistan xüsusi xidmət orqanları tərəfindən keçirilən ortaq əməliyyat zamanı həbs olunması və qanunsuz olaraq Əfqanıstana aparılaraq “amerikalı əsgərlər tərəfindən mənəvi və fiziki işgəncələrə məruz qalması” ehtimalını gündəmə gətirmişdi. Özlərini “Əfiyə Siddiy Briqadası” adlandıran terrorçuların Pakistanda dövlət müəssisələrin hücum etməsi də onun həbsinə cavab olaraq keçirilmişdi”-deyə Harris məqaləsində vurğulayır.

 

1972-ci il təvəllüdlü Afiyə Sadiq 86 il müddətinə azadlıqdan məhrum edilib. Onun Məhəmməd,Məryəm və Süleyman adında 3 övladı var.

 

Modern.az 
 





01.09.2014    çap et  çap et