525.Az

İdarəçilik akademiyasında jurnalistika dərsi - Rəşad Məcid yazır


 

İdarəçilik akademiyasında jurnalistika dərsi - <b style="color:red">Rəşad Məcid yazır</b>

Azərbaycanın yazılı mətbuatının qrafikinə neçə illərdən bəri "şənbə buraxılışının hazırlandığı gün" kimi daxil olan növbəti cümə günlərindən birində - ötən həftənin sonuncu günü Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirərək ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələləri müzakirəyə çıxardı.

Müşavirənin
keçiriləcəyi barədə məlumat alanda R.Mehdiyevin "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabının Moskvada rus dilində çap olunması xəbəri təzəcə yayılmışdı. Ətraflı tanış olmasam da, kitabla bağlı "AzərTAc"ın qısa məlumatını oxumuş, əsərin məziyyətləri barədə xəbərləri televiziyadan dinləmişdim. Azərbaycanın yüksək ranqlı dövlət rəsmisinin belə gərəkli mövzuda kitabının Rusiyada nəşrinə görə məndə qəribə bir rahatlıq var idi.

Uzun zamandır, Azərbaycan saxta erməni zərərdidəliyi, yalançı təbliğat necə deyərlər, "yersiz gəldi, yerli qaç" qabaqdangəlmişliyi ilə üz-üzədir. Danılmaz reallıqdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra, xüsusilə son illər görülən sistemli düşünülmüş işlər sayəsində, dünyanı başına alan erməni təşviqatının təsir dairəsi əhəmiyyətli dərəcədə zəifləyib. Daha sonra prezident İlham Əliyevin prinsipial ardıcıl mövqeyi, aparılan praqmatik siyasət nəticəsində düşmən soyuq müharibə savaşında öz məkrli fəaliyyətindən bir xeyli geri çəkilmək məcburiyyətində qalıb, tarixçi alimlərimizin təkzibolunmaz fakt dəlillərə əsaslanan əsərlərində, ziyalılarımızın beynəlxalq tədbirlərdəki nitq çıxışlarında düşmən iftiralarının ifşa olunması istiqamətində ciddi addımlar atılıb. Digər tərəfdən, diaspor təşkilatlarımız Azərbaycan, xüsusən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə çoxsaylı tədbir aksiyalar keçiriblər. Bununla belə, erməni qaragüruhu hələ niyyətindən geri çəkilmək istəmir, əksinə, saxta təbliğatını davam etdirmək üçün dəridən-qabıqdan çıxır.

Azərbaycanın dövlət maraqları milli mənafeyi baxımından prioritet təşkil edən belə əhəmiyyətli mövzu ilə bağlı kütləvi informasiya vasitələrinin üzərinə xüsusi məsuliyyət düşdüyü halda, təəssüflə qeyd etmək lazımdır ki, problemə yanaşmada yanlış mövqe tutan, məsələnin məsuliyyətini tam anlamayan həmkarlarımız hələ var. Küyə gedib səhv informasiya verməklə, ajiotaj yaratmaq xatirinə böyük-böyük hərflərlə yazılmış səfsəfələri manşetlərə çıxarmaqla əslində əleyhdarlarımıza, düşmənlərimizə yardımçı olduqlarının fərqinə varmayan qələm sahibləri yox deyil. İşinin çoxluğuna, sıx fəaliyyət qrafikinə baxmayaraq, akademik R.Mehdiyevin vaxt tapıb media rəhbərlərini bir yerə toplamasının əsas səbəbi , yəqin, məhz bu məsələlərdən doğan narahatlıqdan irəli gəlmişdi.

Təsadüfi deyildi ki, görüşün elə ilk dəqiqələrindən akademik sözügedən problemlərə münasibətini bildirdi bu problemlərin həlli yolları ilə bağlı mülahizələrini bölüşdü. Hələliksə tədbir haqqında fikirlərimi, məruzədən aldığım təəssüratı, gəldiyim qənaətləri bir az sonraya saxlayıb uzun illərdən bəri həm sıravi vətəndaş, həm qəzet redaktoru, həm yazıçı-publisist baxışı ilə müşahidə etdiyim bir sıra məsələlərə toxunmaq istəyirəm.

Bəri başdan deyim ki, indi yazacağım fikirləri yenilik kimi təqdim etmək niyyətindən uzağam, çünki deyəcəklərim cəmiyyətin hər gün izlədiyi, gördüyü, birbaşa içərisində yaşadığı məsələlərdir. Baş redaktoru olduğum "525-ci qəzet"in səhifələrində bu məsələlərlə bağlı ən müxtəlif vaxtlarda ayrı-ayrı söz fikir adamlarının düşüncələri, məqalələri yayımlanıb ictimai rəyin bu deyilənlərə reaksiyasının çox şahidi olmuşam.

İstənilən mövzunun yazılması, hər hansı fikrin kağız üzərinə köçürülməsindən ötrü qələm adamının bir qığılcıma, stimula ehtiyacı olur. Görünür, mənim mətbuata çıxmağa növbə gözləyən bu fikirlərimin yazılmasına da məhz "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabının Moskvada, rus dilində çapdan çıxması xəbəri ondan bir gün sonra keçirilən bu müşavirə təkan verdi. Məsələ burasındadır ki, siyasi fəaliyyəti bir yana, son illər akademik Ramiz Mehdiyevin ardıcıl işıq üzü görən kitabları, ciddi müzakirələrə layiq əsərləri hər bir ziyalı, ictimai xadim, cəmiyyətdə öz sözü mövqeyi olan qələm adamı üçün bələdçi ola bilər.

Hələ 2010-cu ilin oktyabr ayında, akademikin öz təbirincə desək, "erməni absurd teatrının səhnəsindəki növbəti tamaşa"dan, Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunu təmsil edən jurnalistlər qarşısında saxta, yalan məlumatlarla dolu çıxışından sonra Ramiz Mehdiyevin yazdığı tutarlı cavab, "Gorus-2010. Absurd teatr mövsümü" kitabı, bunun ardınca əsərin rus ingilis dillərinə tərcümə edilib yayımlanması cəmiyyətdə böyük maraqla qarşılandı.

Akademik R.Mehdiyevin ölkə, region ümumən dünya tarixinə dərindən bələdliyi ilə bərabər, dövlət dövlətçilik anlayışının mahiyyəti, fəlsəfəsi barədə zəngin biliyə idarəçilik praktikasına malik olması birbaşa onun müstəqil Azərbaycanın maraqlarının qorunması, tarixi ədalətin bərqərar edilməsi naminə gördüyü işlərə, siyasi fəaliyyətinə, yazdığı əsərlərə sirayət edir. Bütün bunlarla yanaşı, onun bədxah qonşularımızın cəfəng bəyanatlarına, çıxışlarına, yazılarına cavab vermək missiyasını da öz üzərinə götürməsi, məsələyə qətiyyən biganəlik göstərməməsi, dövlət hakimiyyət üçün taleyüklü, kritik məqamlarda nümayiş etdirdiyi sağlam, konstruktiv mövqe, qətiyyət, hədsiz sədaqət təmənnasız münasibət örnək sayıla biləcək  bir nümunədir. Bu xüsusiyyətlər isə ilk növbədə akademikin, sadəcə, ənənəvi anlamda dövlət məmuru, yaxud siyasətçi deyil, sözün ali mənasında, dövlət adamı olmasının göstəricisidir.

Bu günlərdə Yerevana səfərə getmiş gənc səyahətçinin Rusiya telekanallarından birində dediyi fikirləri dinlədikdən sonra bir daha yəqin etdim ki, erməni yalanlarının ifşası istiqamətində fəaliyyətə ara vermək, dayanmaq olmaz. Ermənilər rusiyalı gənc jurnalisti Türkiyə sərhədinə aparıb guya öz əzəli torpaqlarına, qovulduqları "tarixi məskənlərinə" baxıb "duduk"da qəmli-qəmli "Sarı gəlin" ifa edirdilər. jurnalist bütün bunları "müsəlmanlar arasında sıxılıb məhv edilmiş erməni xalqı"nın dərdi kimi qələmə verirdi. Əzəli türk torpaqlarına baxıb milli musiqimizi ifa edən, milli mətbəximizdən tutmuş torpaqlarımıza kimi hər şeyi özününküləşdirməyə çalışan bu "millət" haqqında deyəsən? Hər birimiz, hansı yolla olur olsun, kim necə bacarırsa, bu məsələlərdə fəal olmalı, bildiklərimizi (əslində hər kəsin bildiyini!) ən müxtəlif tribunalardan deməli, düşmən iftiralarının ayaq açıb yeriməsinə mane olmağa çalışmalıyıq. Bu baxımdan, akademik Ramiz Mehdiyevin gərgin əmək, böyük zəhmət, ciddi araşdırmalar nəticəsində ərsəyə gələn əsərləri əvəzsiz rola malikdir.

Azərbaycanın bədxahlarını, əzəli düşmənlərini yerində oturtmaq üçün həqiqətləri car çəkmək, onlara siyasi qüdrətimizdən danışmaq, qürur doğuran tariximizi anlatmaq zəruri addımlar olsa da, kifayət deyil. Bu sahədəki ideoloji mübarizədə yeni metod vasitələrə əl atılmalıdr. Uzun illərdən bəri baş verənləri bilavasitə müşahidə edən, nəticə çıxaran orta yaşlı nəsillər çox mətləbləri bilsələr , bir çox vacib işlər görsələr , gənc nəslin bu istiqamətdə düzgün tərbiyə olunmasına fəaliyyətinin istiqamətləndirilməsinə ciddi ehtiyac var. Bu mənada akademik R.Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" "Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında" məqalələri, eləcə akademikin  elmi redaktorluğu ilə nəşr olunan "Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu" kitabı zəngin mənbə sayıla bilər. Bu məqalələri oxuyanda müəllifin keçmişə sayğı diqqətini müşahidə edir, bugünü gələcəyi böyük həssaslıqla düşünmək kimi ali mənəvi keyfiyyətlərin ön plana çəkildiyinin şahidi olur, əsl vətəndaş ziyalı mövqeyinin ortaya qoyulduğunu görürük. Fikrimcə, hörmətli akademikin alim kimi bir mühüm üstünlüyü bu gün bir çox başqa millətləri təəccübləndirən qeyri-adi, müsbət  cəhətlərimizin, dövlətin ziyalıya, elm, ədəbiyyat mədəniyyət adamlarına qayğısının tarixi köklərini arayıb-axtarması, müasir oxucuya təqdim etməyə çalışmasıdır. Tez-tez xarici səfərlərdə olanda, ordakı mətbuat, ədəbiyyat adamları ilə görüşlərimizdə dövlətimizin biz qələm adamlarına diqqətindən söz açanda hər kəs təəccüblənir. Səbəb isə çox sadədir: dünyanın heç bir yerində analoji qayğı, diqqət kömək müşahidə edilmir. Bütün bu fərqliliklərin həm genetik köklərimizdən, tariximizdən gəldiyini akademik R.Mehdiyev bu sözlərlə yada salır: "Yəqin bir faktı heç hamı bilmir ki, məhz Fəzlullah Rəşidəddin Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm təhsil mərkəzlərindən biri olan "Rəbi-Rəşidi" yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir".

Fəzlullah Rəşidəddinin XIII əsrdə gördüyü işləri xatırlatması, Şah İsmayıl Xətainin özünün yazdığı kimi, bizə miras qoyub getdiyi ana dilimiz, vicdanımız, vətənimiz üçün etdiklərini araşdırması bir tərəfdən siyasətçi, tarixçi-filosof kimi akademik R.Mehdiyevin tariximizə keçmişimizə böyük hörmət ehtiramının göstəricisidirsə, bir tərəfdən milli mentalitetimizə xas ali keyfiyyətlərin qabardılıb gənc nəslə çatdırılması baxımından zəruri qiymətlidir.

Akademikin uzun illərin zəhməti hesabına qazanılmış dövlət idarəçiliyi təcrübəsini - istər nəzəri-şifahi üsullarla, istərsə birbaşa prosesində, əyani fəaliyyətdə - yeni nəslin nümayəndələrinə ötürməsi olduqca vacib gərəkli faktordur. Son iyirmi ildə Azərbaycanda dövlət idarəçiliyinin çeşidli pillələrində vəzifə alan, icra sektorunda fəaliyyət göstərən minlərlə insan - xüsusən yeni, cavan kadrlar - onun bilik təcrübəsindən çox şeylər öyrənib, ciddi şəkildə bəhrələnib.

Akademik R.Mehdiyevin keçdiyi həyat yolu, aldığı təhsil, yiyələndiyi bilik dünyagörüş ona istənilən sahədə uğur qazanmağın, cəmiyyət ierarxiyasında irəliləməyin yüksəlməyin, nəhayət, etimad göstərilən ali pillədə qərar tutmağın yalnız səbr, səbat, təmkin, iradə, təvazökarlıq aramsız zəhmət hesabına mümkün ola biləcəyini vaxtında əsaslı şəkildə aşılayıb. Bütün bunların lap əvvəldən onun xarakter keyfiyyətləri sırasında öncül yer tutduğunu bütünlükdə yaşam fəaliyyət xronikası parlaq şəkildə təsdiqləyir.

Akademik R.Mehdiyev Azərbaycanda milli ideologiyanın təbliği, dövlətçilik şüurunun möhkəmləndirilməsi, sekulyar-dünyəvi dövlət modelinin oturuşması, qorunması davamlılığının təmin olunması kimi vacib istiqamətlərdə çox önəmli xidmətlər göstərib. Çağdaş Azərbaycanda maarifçi dünyagörüşə, elmi düşüncəyə önəm verilməsində, cəmiyyətin müasir mədəniyyətlər səviyyəsinə üz tutmasında, ölkədə modern dövlətçilik anlayışına sadiq qalınmaqla, dini təmayüllərin, xüsusən radikal meyllərin dövlət idarəçiliyinə təsirinin neytrallaşmasında onun danılmaz rolu var. Yadımdadır, hardasa on beş il öncə, müstəqil dövlətçiliyimizin möhkəmləndiyi, yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda xarici adamlarının ölkəmizə marağı xeyli artmışdı müxtəlif imkanlı şəxslər Azərbaycanda yeni məscidlərin tikintisinə başlamışdılar. Hələ o zaman Ramiz Mehdiyev həmin proseslə bağlı təxminən: "Bu qədər məscid tikməkdənsə, yeni məktəblər açın" - şəklində fikir söyləmişdi. Əslində, onda elə bir dövr idi ki, Sovet rejiminin buxovlarından qurtulduqdan sonra ölkədə dinə meyl inanılmaz ölçüdə güclənir, hətta açıq-aşkar dini fanatizm halları müşahidə olunurdu. belə bir məqamda R.Mehdiyevin dünyəvi dövlət modelinin, maarifçi mühitin təəssübünü çəkməsi, cəmiyyətin dini fanatizmə yuvarlanacağından narahatlıq keçirməsi, eyni zamanda, bu mövzuda dediyi fikirlərin dindar qruplarda əks-reaksiya doğuracağından çəkinməməsi olduqca təqdirəlayiq idi. Ümumiyyətlə, təkcə bu epizodda deyil, bir çox belə məqamda akademik R.Mehdiyev dövlət mənafeyini cəsarətlə müdafiə edib, Azərbaycanda modern, dünyəvi dövlətçiliyin qorunub inkişaf etdirilməsinə çalışıb. 

Öz siyasi fəaliyyəti ilə nümunə olmaqdan əlavə, Ramiz Mehdiyev həm istənilən hadisəyə anındaca reaksiya verir, öz dəyərli düşüncələrini bölüşür. Bu sətirləri yazdıqca akademik R.Mehdiyevin fəaliyyətinin başqa istiqamətləri barədə düşünür, onun müxtəlif vaxtlarda etdiyi çıxışları, keçirdiyi görüşləri xatırlayıram. Düzdür, söz adamlarından ötrü kitablar, əsərlər, yazılanlar daha önəmlidir, amma o əsərlərin müəllifinin üstün şəxsiyyətini, siyasi xadim kimi yerində verilən zəruri vacib qərarlarını da unutmaq olmaz.

Akademik R.Mehdiyev milli mənafe, dövlət maraqları kimi taleyüklü məsələlərlə bağlı son dərəcə təəssübkeşdir onun bu kimi incə məqamlara münasibətdə özünəməxsus sayıqlığı, diqqəti zaman-zaman məni çox heyrətləndirib. Bunun bariz nümunəsi olacaq vacib bir detala diqqət yerirək. Akademik yazır: "...bəlkə öz keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə görə, Nyu-Yorkda BMT-nin inzibati binasının fasadında Miyanəçinin "Bəşəriyyət vahid bədəndir əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir" sözləri deyil, ondan yüz il sonra yaşamış fars şairi Sədinin (1181-1291) sözləri həkk edilmişdir: "Bir-biri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır".

Məncə, BMT binasının fasadında yazılmış sözlərə belə diqqət yetirmək, həm bu ən kiçik detalda da özümüzü, türk sözünü axtarmaq, qonşunun bizdən "zirək" çıxmasına təəssüflənmək nadir xarakter göstəricisidir, həssaslığın qeyri-adi təzahürüdür. Amma bu cür həssaslıqla yanaşı istənilən qəliz situasiyada Ramiz Mehdiyevin soyuqqanlı siyasətçi yanaşması, emosional davranmaması, ölkənin idarəolunmasında əsas işləri öz boynuna götürsə , təvazökarlıqla kölgədə qalmağı seçməsi qibtə olunacaq cəhətdir.

Xatırlayıram ki, bir neçə il öncə Prezident Administrasiyası rəhbəri KİV rəhbərləri ilə görüşüb söhbətlər etmiş, gündəmdə olan məsələlərə münasibətini bildirmişdi. Elə o söhbətində Ramiz Mehdiyevin media ilə bağlı məsələlərə həssas münasibətini görmüşdük. Müxtəlif idarə təşkilatların mətbuat xidmətləri strukturlarının inkişafı, məlumatların sürətlə mətbuata ötürülməsinin vacibliyi məsələlərindən danışmış, tövsiyələrini vermişdi.

Bu görüşümüzdə son illərdə ölkəmizdə gedən inkişafdan, iqtisadi, mədəni, elm, təhsil sahəsindəki islahatlardan, uğurlarımızdan danışılsa da, akademikin məruzəsindən onun müəyyən narahatlıqları da duyulurdu. Əsas rahatsızlıq isə son illərdəki, xüsusən internet mediasının bu sahəyə gətirdiyi qeyri-peşəkarlıqla bağlı idi. Tədbirdə akademik Ramiz Mehdiyev haqlı olaraq bildirdi ki, bu yaxınlarda  Ermənistanla dövlət sərhədində ön cəbhədə müşahidə olunan gərginlik medianın qeyri-peşəkarlığını açıq şəkildə nümayiş etdirdi. Administrasiya rəhbəri fikirlərini cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi, bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması kimi konkret faktlarla əsaslandırdı bildirdi ki, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü əleyhinə istənilən qəsd cəhdlərinə, ölkəmizin informasiya təhlükəsizliyini, milli maraqlarını təhdid edən hallara qarşı zəruri addımlar atılmalıdır atılacaq.

Doğrudan da iyul ayında erməni yaraqlılarının üç nəfər azərbaycanlını işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir götürməsi, bir qədər sonra isə cəbhə xəttində yaşanan gərginlik media sektorunda peşəkarlıq informasiya təhlükəsizliyi baxımından ciddi problemlərin mövcudluğunu ortaya çıxardı. Üç nəfər həmyerlimizin əsir götürülməsi xəbəri yayılar-yayılmaz, bir sıra mətbuat orqanlarında, xüsusilə virtual mediada çeşidli yazılar peyda olmağa başladı; kimi əsir düşənlərin az qala bütün bioqrafiyasını açıb-tökməklə, kimi onları tanıyanlardan yaxınlarından müxtəlif açıqlamalar almaqla, əslində, Azərbaycanın kütləvi informasiya vasitələrini sözbəsöz izləyən düşmən kəşfiyyatı üçün hava-su kimi lazımi bilgiləri yayıb, girov həmvətənlərimizin həyatını təhlükəyə atmış oldu.

Hər bir ölkənin mətbuatında yazılan yazı, deyilən söz təkcə o ölkənin vətəndaşları üçün deyil, həm bəzi maraqları olan dövlətlərin kəşfiyyat orqanları üçündür. İnformasıya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki zamanda mediada yayılan hər sözün böyük məsuliyyəti var. Uzağa getməyək, bir neçə il öncənin məhşur Wikileaks qalmaqalı da göstərdi ki, orada yer alan ən mötəbər məlumatların böyük əksəriyyətini ABŞ səfirlikləri elə həmin ölkələrin mətbuat orqanlarından toplayıb. Yəni hər bir ölkənin mediası istər-istəməz həm başqa bir ölkənin, ələlxüsus da tərəfdaş olmayan ölkənin xüsusi xidmət orqanları, kəşfiyyatı əks kəşfiyyatı üçün xəbərçidir -  zəruri informasiya mənbəyidir.

Azərbaycan elə bir geosiyasi, coğrafi məkanda yerləşir ki, dünyanın, demək olar, bütün dövlətlərinin bu ölkədə çeşidli maraqları var. Üstəlik ən əsası, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir yarası var, ərazilərimizin 20 faizi işğal altındadır. Heç kim inkar edə bilməz ki, müharibələr müəyyən məhdudiyyətlər yaradır bu aspektdən yanaşanda, məncə, heç bütün  həqiqətləri yazmaq olmaz. Uzun illərin dünya təcrübəsi göstərib ki, müharibə gedən ölkələrdə bir qayda olaraq belə məhdudiyyətlər olub, hətta zaman-zaman mətbuata hərbi senzura da tətbiq edilib. Söz azadlığı, əlbəttə, böyük qiymətli nemətdir. Amma bu nemət problemsiz cəmiyyətlər, ərazi bütövlüyü təhdid altında olmayan ölkələr üçün böyük qiymətlidir. Bir dövlətin mənafeyi, milli maraqları isə ondan qat-qat böyük əhəmiyyət dəyər kəsb edir. Bu mənada, akademik R.Mehdiyev haqlı olaraq qeyd etdi ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri milli maraqları hər şeydən üstün tutmaqdır.

Akademik R.Mehdiyev medianın cəmiyyətdəki rolundan faktiki fəaliyyətındən danışarkən başqa bir önəmli məqama da diqqət çəkdi. Bir sıra kütləvi informasiya vasitələrinin cəmiyyətdə gedən müsbət dəyişiklikləri, Azərbaycanın son 11 ildə keçdiyi inkişaf yolunu görməzdən gəlməsinə toxunaraq bu il ali məktəblərə qəbul imtahanları zamanı 650-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyətinin zəhmətkeş təbəqənin övladları olduğunu, onların prezident təqaüdünə layiq görüldüyünü, lakin belə bir hadisənin medianın diqqətindən kənarda qaldığını, əvəzində bir sıra mətbu orqanların cəmiyyətin tanınmış, nüfuzlu simalarına qara yaxmaq yolunu tutduğunu vurğuladı. Məncə, akademikin bu fikirləri bugünkü reallıqda tam yerinə düşür sadəcə, sosial şəbəkələrə, orada gedən müzakirələrə ötəri nəzər salmaq kifayətdir ki, deyilənlərin necə acınacaqlı həqiqət olduğunu anlayasan.

Ənənəvi "yaxşı nədir, pis nədir" sualının həmişə iki sadə cavabı olub: yaxşı budur, pis isə budur. Pisi, yəni neqativ olanı görmək, problemləri qabardıb ictimai rəyə təqdim etmək medianın başlıca fəaliyyət prinsiplərindən biridirsə, yaxşıya biganə qalmamaq, cəmiyyətdəki müsbət tendensiyaları gözardına almayıb qiymətləndirmək peşə əxlaqından irəli gələn önəmli keyfiyyətdir. Lokal maraq varsa o maraq hər şeyi qara rəngdə görməyi tələb edirsə, əlbəttə, bu zaman "Yaxşı nədir" sualına cavab tapmaq lazım gəlməyəcək, fəaliyyət bütünlüklə ikinci - "Pis nədir" sualına cavab axtarmağa istiqamətlənəcək nəticədə cəmiyyətdə daha çox neqativ örnəklər kök salacaq. Elə qəbul imtahanları ilə bağlı deyilən bu məqama diqqət yetirək.

Bugünəcən ən müxtəlif kütləvi informasiya vasitələri ölkənin təhsil sahəsindəki çatışmazlıqlarla bağlı saysız-hesabsız yazılar verib, mövcud problemləri fərqli aspektlərdən qabardaraq icimai rəyə təqdim edib. Bu yanaşmalarda obyektivi olub, haqsızı da. Əslində, kütləvi informasiya vasitəsinin əsas funksiyaları sırasına daxil olan məsələlərdən biri cəmiyyətdəki əyər-əskikləri diqqət mərkəzinə gətirməkdir. Bu doğru. Problemləri, ən acı həqiqətləri demək medianın birbaşa işidir. Amma bütün cəmiyyətlər üçün xarakterik bir nüans var: istənilən sektorun fəaliyyəti, gördüyü ümumən cəmiyyətdə bir örnək yaradır həmin örnək qeyri-rəsmi olaraq o cəmiyyətdə formalaşan ictimai rəyin əsasını təşkil edir. Bu mənada belə deyə bilərik: hər bir informasiyanın öz təsir dairəsi olur. Təhsil sektoru birbaşa məktəblilərlə, yeniyetmələrlə, gənclərlə bağlı olduğundan yaranan o örnək daha çox həmin yaş qrupunu təmsil edənlərə hesablanır hətta onların gələcək taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Məsələyə elə bu kontekstdən yanaşaq. Təhsil sahəsindəki nöqsanları yazaq, amma ucqar bir kənddə ailəsinə yardımçı olan, gecə-gündüz min bir əziyyətlə çalışan, belə bir şəraitdə dərsləriylə məşğul olmağa vaxt ayırıb, qəbul imtahanlarında yüksək nəticə göstərib məqsədinə çatan bu uşaqları da unutmayaq; bu uşaqlar böyük bir örnək yaradırlar - harada olursan ol, qarşıya məqsəd qoyursansa bu məqsəd uğrunda zəhmət çəkirsənsə, mütləq nəticəsini görürsən. Bu gün bir yeniyetmənin göstərdiyi əzm sabah başqa birisi üçün stimul rolunu oynayır  nəticədə  Azərbaycan daha bir  savadlı vətəndaş, peşəkar kadr qazanır. Elə bu baxımdan da gənc nəslin düzgün tərbiyə olunması məsələsi üzərində xüsusi dayanan akademik məruzəsində media orqanlarına öz tövsiyələrini bildirərkən qeyd etdi ki, KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir.

"Yaxşı nədir, pis nədir" sualının cavabına toxunmuşkən qeyd edim ki, əslində, istənilən məsələyə ən azı iki yanaşma var. Cəmiyyətdən özünü təcrid edən, ətrafında baş verənlərə biganə yanaşan insanlar, adətən, bu seçimdə daha asan olana - mənfi çalara, neqativə üstünlük verirlər. Yaşadığı topluma, onun problemlərinə laqeyd  qala bilməyənlər, lokal yox, mümkün qədər qlobal düşünən, ölkəsinin, Vətəninin işıqlı gələcəyini arzulayanlar isə mənfilikləri görüb qeyd etməklə yanaşı, cəmiyyətdəki müsbət tendensiyaları da qabartmağa, ətrafına pozitiv baxmağa çalışırlar. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə keçirilən müşavirədə nöqsanlar da dilə gətirildi, özü kifayət qədər ciddi tərzdə vurğulandı, amma tədbir ümumən müsbət, pozitiv notlarla yadda qaldı. Ən pozitiv olan da bu idi ki, Azərbaycan dövlətinin, xalqın maraqlarının qorunması üçün ali hakimiyyət orqanlarının daim səfərbər olduğu bir daha özünü göstərdi, qədər problemlər olsa da, uzun illərdən bəri Azərbaycan müharibə şəraitində yaşasa da, ölkəmizin sabahı ilə bağlı nikbin ruh üstün gəldi. "Yaxşı nədir" sualının cavabı da elə bu cür tapılır: Yaxşı budur!

 





01.09.2014    çap et  çap et