525.Az

"Bir günlük" II Dünya Müharibəsi


 

"Bir günlük" <b style="color:red">II Dünya Müharibəsi</b>

69 il əvvəl bu gün, sentyyabrın 2-də ABŞ-a məxsus Missuri gəmisində tarixi sənəd imzalandı.
 
Yaponiya ABŞ, SSRİ və onların müttəfiqləri qarşısında təslim oldu. Beləliklə, 1 sentyabr 1939-cu il də başlayan, 6 il davam edən və  bəşər tarixinin ən qanlı savaşı olan İkinci Dünya Müharibəsi 1945-ci il sentyabrın 2-də yekunlaşdı.

1939-cu il sentyabrın 1-dən 1945-ci il sentyabrın 2-nə kimi davam edən müharibə müddətində 71 milyondan artıq insan həlak olub. Bu isə o deməkdir ki, müharibə zamanı 1 il ərzində 11,8 milyon nəfər həlak olub. Bu müharibədə gün ərzində 32 min, 1 saat ərzində 1300 nəfər, bir dəqiqədə 22 nəfər, hər 3 saniyədə isə 1 nəfər həlak olub.

Maraqlıdır, müharibədə həlak olan ilk alman əsgəri müttəfiqləri yaponlar tərəfindən öldürülüb (1937, Çin).

İlk amerikalı hərbi qulluqçu isə 1940-cı ildə Finlandiyada sovet əsgərləri ilə döyüşdə həlak olub. Müharibədə həlak olan ən yüksək rütbəli amerikalı general-leytenant Lesli Makneyr amerikan-ingilis aviasiyasının hava zərbələri zamanı səhvən öldürülüb.

Amerika Hərbi Hava Qüvvələrinin şəxsi heyəti bütün digər qoşun növlərindən, o cümlədən dəniz piyadalarından daha çox itki verib. Döyüş tapşırığını yerinə yetirərkən hava qüvvələri pilotunun həlak olma ehtimalı 71 faizə bərabər idi.

Müttəfiq qoşunları Almaniyada Reyn çayı sahillərinə çatdıqda sıravi əsgərdən tutmuş Britaniya baş naziri Uinston Çörçilə və Amerika qoşunlarının komandirlərindən general Corc Pattona qədər hamılıqla kiçik ehtiyaclarını ödəyərək çayı murdarlayıblar.

Almaniyanın rəsmi müharibə elan etdiyi yeganə ölkə ABŞ olub.

“Fanta” içkisi ilk dəfə İkinci Dünya Müharibəsi zamanı alman ixtiraçıları tərəfindən hazırlanıb.

Sovet-alman cəbhəsində Almaniya ordusunun 85 faizi vuruşub. Müharibədə həlak olan 13,6 milyon alman əsgərinin 10 milyondan çoxunu Qızıl Ordu məhv edib. Amerika-İngilis qoşunları müharibədəki əsaslı dönüşdən sonra – 1944-cü il iyunun 6-da ikinci cəbhəni açıblar.

1945-ci il mayın 1-də Almaniyanın Demmin şəhərinin 1000-dən artıq sakini sovet qoşunlarının yaxınlaşmasını görüb kütləvi intihar edib.

İkinci Dünya Müharibəsi nüvə silahının tətbiq olunduğu yeganə müharibədir.

Modern.az

 





02.09.2014    çap et  çap et