525.Az

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb


 

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb<b style="color:red"></b> Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb.
 
Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 11 saylı Ərazi Vergilər Departamentinin və 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması tədbirləri həyata keçirilib.

13 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan, Zaqatala şəhəri, V. İsmayılov küçəsində yerləşən “Zaqatala-Bazar-2” ATSC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 7040 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 8300 manat dəyərində mağaza və bərbərxana binası  müvafiq qaydada siyahıya alınıb.

Həmin gün Zaqatala rayonun Göyəm kəndində yerləşən “Şahin” MMC-yə məxsus daş karxanasında da əmlakın siyahıya alınması aparılıb, müəssisənin 4624 manat vergi borcunun təmin edilməsi məqsədilə obyektdəki 5500 manatlıq daş sındıran avadanlıq və elektron idarəetmə qurğusu siyahıya alınıb. 

11 saylı ƏVD-nin əhatə dairəsinə daxil olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 14/A ünvanında yerləşən, fiziki şəxs Abduləzimova Cəmilə Elman qızına məxsus “Kosmos” və Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Rövşən Mabud oğluna məxsus “Ərəş” şadlıq saraylarında əmlakın siyahıya alınması tədbirləri keçirilib. C.Abduləzimovanın 2717 manat, R.Məmmədovun isə 1470 manat məbləğində vergi borcunun təmin edilməsi məqsədilə obyektlərdəki müvafiq olaraq 3000 və 1800 manat dəyərində məişət avadanlıqları və digər texniki avadanlıqlar müəyyən edilmiş qaydada siyahıya alınıb.

Departamentin əməkdaşları tərəfindən Bərdə şəhəri, A.Əhmədov küçəsində yerləşən, “Bərdə VİP Medical”
stomatoloji mərkəzdə də əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin 1186 manat vergi borcu müqabilində onun 1700 manat məbləğində texniki ləvazimatlar müvafiq qaydada siyahıya alınıb.
 





02.09.2014    çap et  çap et