525.Az

Avropa Parlamenti Ramil Səfərovla bağlı qətnamə qəbul edəcək


 

Avropa Parlamenti Ramil Səfərovla bağlı qətnamə qəbul edəcək

Gələn həftə Avropa Parlamentində Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı dinləmələr keçiriləcək.

Avropa Parlamentinin sentyabrın 10-13-də Strasburqda keçiriləcək plenar sessiyası çərçivəsində Ramil Səfərovun işi üzrə debatların keçirilməsi nəzərdə tutulur. APA-nın Avroparlamentin saytına istinadən yaydığı məlumata görə, debatlar insan haqları və demokratiya məsələlərinə dair müzakirələr çərçivəsində baş tutacaq. Avroparlament üzvləri həmçinin Birma və Cənubi Afrikada vəziyyətə dair dinləmələr keçirəcəklər. Müzakirələrin nəticəsində qətnamə qəbulu nəzərdə tutulur.

 





08.09.2012    çap et  çap et