525.Az

Bakıda avtobus aşıb, xəsarət alanlar var


 

Bakıda avtobus aşıb, xəsarət alanlar var<b style="color:red"></b> Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində 170 saylı "Daewoo" markalı sərnişin avtobusu aşıb.

Qəza nəticəsində 8 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzaya səbəb sürücünün avtobusun idarəetməsini itirməsi olub.
 





07.11.2012    çap et  çap et