525.Az

Çuxuryurd-Piribəyli avtomobil yolunda işlər bitir


 

Çuxuryurd-Piribəyli avtomobil yolunda işlər bitir<b style="color:red"></b>

Çuxuryurd-Piribəyli avtomobil yolunda görülən yenidənqurma işləri bitmək üzrədir.
 
Nəqliyyat Nazirliyi " Azəryolservis" ASC-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, uzunluğu 13 km olan Çuxuryurd-Piribəyli avtomobil yolunda işlərin böyük hissəsi yerinə yetirilib. 4-cü texniki dərəcəli yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib, su ötürücü borular yenisi ilə əvəz olunub. Asfalt-beton örtüyünün döşənməsi demək olar ki, başa çatmaq üzrədir.

Yolda işlərin sentyabr-oktyabr ayları ərzində tamamilə yekunlaşması gözlənilir.

 





03.09.2014    çap et  çap et