525.Az

Bütün zəmanələrin yazıçısı- Çarlz Dikkens


 

Bütün zəmanələrin yazıçısı- <b style="color:red">Çarlz Dikkens</b>

Çarlz Dikkensin anadan olmasının 200 illiyinə həsr olunur.

Azərbaycanda dünyanın zəka sahiblərinin, incəsənət xadimlərinin, alimlərin ədiblərin fəaliyyəti hər zaman dəyərləndirilib. Onlar xalqımızın qəlbində qan yaddaşında əbədilik qazanıblar. Belə simalardan biri XIX əsr ingilis ədəbiyyatının dünya şöhrətli yazıçısı Çarlz Dikkensdir. Britaniya Şurası (British Counsil təşkilatı) dahi ingilis yazıçısı Çarlz Dikkensin anadan olmasının 200 illik yubileyi münasibətilə 2012-ci ili Azərbaycan RespublikasındaDikkens ilielan edib.

Azərbaycan RespublikasındaDikkens iliçərçivəsində artıq bir sıra tədbirlər layihələr gerçəkləşdirilib.

Qeyd etmək lazımdır ki, Çarlz Dikkensin anadan olmasının 200 illik yubileyinin ölkəmizdə keçirilməsinin əsas məqsədi ədibin yaradıcılıq irsi ilə həmvətənlərimizi daha yaxından tanış etmək, yeni nəsli ingilis dilinin öyrənilməsinə daha dərindən yönəltmək, keçirilən tədbirlərə geniş auditoriyanı cəlb etmək məlumatlandırmaqdır.

Böyük iftixarla qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınınDünya ədəbiyyatının əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli sərəncamına müvafiq olaraq dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlikDünya ədəbiyyatı kitabxanasına bütün zamanələrin klassiki Çarlz Dikkensin adı da daxil edilib.

Ç.Dikkens ingilis milli mədəniyyətinin iftixar etdiyi yazıçılar nəslinə mənsubdur. O, XIX əsrin otuzuncu illərində ingilis ədəbiyyatına daxil olmuş 35 il ərzində ədəbiyyatın önündə getmişdir.

O, 15 romanın, bir neçə hekayənin oçerklərin müəllifidir. Ç.Dikkens 1812-ci ilin fevral ayının 7- Portsmut yaxınlığında, Ləndport şəhərciyində, dənizçilik idarəsində xidmət edən məmur ailəsində anadan olub. Dikkenslər ailəsi həmişə maddi çətinliklər məhrumiyyətlər içərisində yaşayıb. Bəlkə buna görədir ki, uşaqlıq illəri Ç.Dikkensin yaddaşında əbədi həkk olunub. 1823- ildə Dikkenslər ailəsi Londona köçdü. Paytaxt həyatı vilayət həyatına nisbətən ağır idi...

Çarlz Dikkensin bədii yaradıcılığını dörd əsas mərhələyə bölmək olar.

Birinci mərhələ 1833-1841-ci illəri əhatə edir. Bu dövrdə yazıçıBozun oçerkləri”, “Pikvik klubunun qeydləri”, “Oliver Tvistin macəraları”, “Nikolas Niklbinin həyatı macəralarıromanlarını s. əsərlərini qələmə alıb.

Ç.Dikkensin ilk oçerklər hekayələr məcmuəsi ayrıca kitab şəklində 1836- ilin fevral ayında nəşr edilib. O, bu əsəriniBoztəxəllüsü ilə dərc etdirib. Artıq bu ilk kitabçada yazıçı yumoristik qabiliyyətini göstərib siyasi mahiyyətli problemlərlə maraqlandığını bəyan edib.

Yazıçı özünün oçerklərində London onun sakinlərinin həyat tərzini təsvir edib. O, böyük şəhərin yoxsul məhəllələrində yaşayan kasıbların həyat tərzindən, sadə insanların dərdindən yazıb.

Ç.Dikkens hələ ilk əsərində özünəməxsus yazı üslubu ilə fərqlənirdi ki, bu da onu öz sələfləri müasirləri olan görkəmli oçerk ustaları (Çarlz Zemadan, La Qentadan Pirs Eqindan) arasında sayılıb-secilən müəllif kimi tanıtmışdı.

Onun yaradıcılığında nəzəri cəlb edən irihəcmli əsərlərdən biri Oliver Tvistin macəralarıromanıdır (1837-1839). Yaşadığı cəmiyyətə qarşı etiraz, məzlum yoxsul kütlələrə rəğbət hissi bu əsərin əsas ideyasıni təşkil edir. Bu əsərdə yazıcı ingilis burjuaziyasınınzəhmət evlərini” “yetim uşaqların rahat yaşaya biləcəyi xeyirxah bir müəssisə kimiqələmə verməyə çalışması əfsanənəsini böyük cəsarətlə ifşa edir. Balaca Oliverizəhmət evindətəhqir edir, alçaldır, günahsız olduğu halda incidirlər. V.Belinski bu roman haqqında yazmışdı: “Çarlz Dikkens həqiqi bir sənətkar kimi ictimai eybəcərliklərin qurbanı olmuş caniləri qəddarları çox düzgün təsvir edir”. “Oliver Tvistin macəralarıromanı XIX əsr ingilis tənqidi realizminin ən gözəl nümunələrindəndir.

Ç.Dikkens yaradıcılığının ikinci dövrü XIX əsrin qırxıncı illərinə təsadüf edir. O, bu dövrdə yazdığı əsərlərində – “Qədim əşyalar dükanı” (1841), “Amerika qeydləri” (1842), “Martin Çezlvit” (1843), “Dombi oğlu” (1846-1848) əsərlərində özünü kamil bir yazıçı kimi təqdim edir.

Həmin illərdə Ç.Dikkens həm publisist kimi tanınır.

1842-ci ildə yazıçını ABŞ-a dəvət etdilər. Ç.Dikkens ABŞ-ı demokratiyanın, azadlığın vətəni hesab edirdi. Lakin bu səfər nəticəsində yazılmışAmerika qeydləriÇ.Dikkensin təsəvvürlərində yanıldığını göstərir.

O, “Amerika qeydlərində ABŞ-da olan saxta demokratiyanı, Amerika həyat tərzinin bir sıra qüsurlu cəhətlərini göstərib. Zəncilərin məhkum vəziyyəti Ç.Dikkensi xüsusilə qəzəbləndirmişdi.

Nyu-York kimi bir şəhərin ziddiyyətləri yazıçının nəzərindən yayınmamışdı. Ç.Dikkens şəfəqlərə qərq olmuş Brodveylə yanaşı hamınınqəbiradlandırdığı həbsxananın qəmli görünüşünü, izdihamlı küçələri, şəhərin mərkəzi hissəsindən kəskin surətdə fərqlənən zənci məhəllərini, yetimxanaları məharətlə təsvir etmişdi.

Amerika qeydlərindəkiKöləlikadlı fəsil dövrün mətbuat səhifələrində əks olunmuş faktlara əsaslanır. Yazıçının istinad etdiyi qəzet elanları bunu sübut edir: “Zənci qızı Karolina qaçmışdır. Boynunda xalta var”. “Cek adlı zənci oğlan qaçmışdır. Sol qulağının ucu kəsilmişdir”. “On iki yaşında zənci uşağı qaçmışdır. Boynunda it zənciri var. Xaltanın üstünəde Zampetsözü yazılmışdır”. “Amerika qeydləriöz əhəmiyyətini bu gün itirməmiş dəyərli əsərdir.

Çarlz Dikkensin yaradıcılığında tənqidi realizmin dərinləşməsinə yalnız Amerika təəssüratı səbəb olmayıb. Müəllifin 1844- ildə yazdığıMartin Cezlvitromanı onun yaradıcılığında irəli mühüm bir addım idi. Bu əsərdə cəmiyyətdə pulun oynadığı həlledici rol məsələsi əvvəlki romanların hamısından daha qabarıq şəkildə qoyulub.

Yazıçının hər əsərində onun satira yumor gücünə malik olan istedadına heyran qalırıq. Ç.Dikkensin tənqid hədəfi, satirik boyaları əsərdən əsərə güclənir.

Yazıçının jurnalistika sahəsindəki fəaliyyəti diqqəti cəlb edir. Yazıçı 1850-ci ildəEv oxusu 1859-cu ildəBütün il boyuadlı iki ədəbi-bədii jurnal nəşr edirdi.

Ç.Dikkens yaradıcılığının üçüncü dövrü 1848-1859-cu illəri əhatə edir. Bu illərdə Ç.Dikkens siyasi məzmun etibarı ilə ən güclüSoyuq ev”, “Ağır zamanlar”, “Balaca Dorritromanlarını yazmışdır.

O, XIX əsrin 50-ci illərindəki altı bədii əsərində külli miqdarda publisist məqalələrində sinfi mübarizə kimi mövzulara toxunur. Yazıçı öz romanlarında İngiltərənin bütün ictimai quruluşunu, siyasi sistemini, parlamentini, məhkəmələrini kəskin tənqid atəşinə tutur. Xalqa inam, xalqla təmasda olmaq, Ç.Dikkensin bu dövrdə yazdığı romanların ana xəttini təşkil edir.

Böyük rus maarifçisi N.Çernışevski buna görə Ç.Dikkensi belə səciyyələndirmişdi: “Yoxsulların müdafiəçisi, varlıların düşməni ... yalan riyakarlığın qənimi”.

Ağır zamanlar” (1854) romanında yazıçı cəmiyyətdəki ziddiyyətlərin mahiyyətini göstərməyə çalışıb. Ç.Dikkens böyük kömür sənaye şəhəri Koktaunun timsalında rəmzi şəkildə cəmiyyəti təsvir edir.

Yazıçı göstərir ki, ictimai quruluş insanların taleyinə, xasiyyətinə dünyagörüşünə təsir edir.

Ç.Dikkens yaradıcılığının son dövrünü 1859-1870-ci illərdə yazılmış əsərlər təşkil edir. “İki şəhər haqqında povest” (1859), “Böyük ümidlər” (1861), “Bizim ümumi dostumuz” (1864), “Edvin Drudun sirri” (1870- bitməmişdir) romanları bu dövrləri əhatə edir.

Bu əsərlərdə detektiv kriminal janrlara üstünlük verilir. Yazıçının yaradıcılığında realizm istiqamətinin zəifləməsi XIX əsrin yetmişinci illərində ingilis mədəniyyətinin mənəvi böhranı ilə izah edilməlidir.

Müəllifin əsərlərində bəzən bədbinlik duyulur, lakin bu əsərlər insana inam hissi aşılayır.

Çarlz
Dikkens 1870-ci ilin iyunun 9-da, əlli səkkiz yaşında, beyin qansızmasından Qeydxildə vəfat edib. Onun adı vəfatından sonra daha böyük şöhrət qazanıb. Ədəbiyyatşünaslar silsilə romanlar müəllifi Çarlz Dikkensiağır artilleriya ustasıadlandırırlar. Onun şöhrəti İngiltərədə XIX əsrin 80-90- illərində C.Bayronun populyarlığını üstələmişdi.

Böyük rus yazıçısı M.Qorki qeyd etmişdir ki, Dikkens “... ən çətin bir sənətəinsanlara məhəbbət sənətinə son dərəcədə sadiq olmuşdur”.

Bu məqamda Azərbaycanda ingilis dilinin ədəbiyyatının əsaslı şəkildə tədrisi təbliği ilə məşğul olmuş, bizə bu xəzinəni sevdirmiş müəllimimiz, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hal-hazırda Azərbaycan Dillər Universiteti) ingilis-azərbaycan fakültəsinin dekanı, vətəncanlı, böyük alim, görkəmli pedaqoq, mərhum İsmixan Rəhimovu xatırladım. Buna görə vaxtiləXX əsrin 60- illərində onun məktəbini görmüş ingilis dili mütəxəssisləri onların davamçıları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınınAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004- il tarixli sərəncamının uğurla yerinə yetirilməsində fəal iştirak etmiş 2007-ci ildəİngilis ədəbiyyatı antologiyası filologiya elmləri doktoru, professor Z.Ağayevin rəhbərliyi ilə (iki cilddə) nəşr etdirmişlər.

Bu antologiyanın ikinci cildində Çarlz DikkensinBöyük ümidlərromanının bir qismi ana dilimizə tərcümə edilib.

British Counsiltəşkilatının dünya şöhrətli ingilis yazıçısının 200 illik yubileyi münasibətilə AzərbaycandaDikkens ilielan etmək təşəbbüsü təqdirəlayiqdir.

Təqribən iki əsr bundan öncə yazıb-yaratmış Çarlz Dikkensin əsərlərindəki aktual problemlərin təsviri, müasir qloballaşma dövründə öz əhəmiyyətini itirməyib buna görə onun əsərləri Dumanlı Albionun dünya ədəbiyyatı xəzinəsinin qızıl fonduna daxildir.

Namazəli Mustafayev

tədqiqatçı

 





07.11.2012    çap et  çap et