525.Az

Estoniyada ABŞ hərbi-hava qüvvələrinin bazası yaradılır


 

Estoniyada ABŞ hərbi-hava qüvvələrinin bazası yaradılır<b style="color:red"></b>

Estoniya ərazisində ABŞ hərbi-hava qüvvələrinin bazası yaradılacaq.

APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Tallində Estoniya prezidenti Hendrik İlveslə birgə keçirdiyi mətbuat konfransında deyib.
 
ABŞ prezidenti qeyd edib ki, bazanın yaradılması ilə bağlı qərar Rusiyanın Ukrayna siyasətidir.
 
Onun sözlərinə görə, Vaşinqton bölgədə hərbçilərin rotasiyasına əlavə qüvvələr gətirməklə davam edəcək, həmçinin hərbi təyyarələr göndərəcək.
 
“ABŞ bölgədəki mövcudluğunun gücləndirilməsi, təyyarə, tank və şəxsi heyətin artırılması üçün plan hazırlayıb”, – deyə B.Obama əlavə edib.

 





03.09.2014    çap et  çap et