525.Az

Ukrayna hökuməti NATO-ya üzvlük barədə qanun layihəsini bəyənib


 

Ukrayna hökuməti NATO-ya üzvlük barədə qanun layihəsini bəyənib<b style="color:red"></b> Ukrayna Nazirlər Kabineti ölkənin NATO-ya qoşulmasına dair qanun layihəsini bəyənib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Arseni Yatsenyuk bildirib.
 
“NATO-nun sammiti ərəfəsində bizim məqsədimiz Ukrayna və NATO arasında xüsusi statusa nail olmaqdır. NATO bir nömrəli tərəfdaş olaraq Kiyevə xüsusi status verməlidir”, – deyə baş nazir əlavə edib.
 
A. Yatsenyuk deyib ki, Ukraynanın alyansa üzv olması məsələsinin NATO ölkələrində müzakirəsi asan keçməyəcək.
 
Xatırladaq ki, Ali Radada Ukraynanın NATO-ya qoşulması haqqında qanun layihəsi qeydiyyatdan keçib. Lakin layihənin nə vaxt müzakirəyə çıxarılacağı açıqlanmayıb.
 





03.09.2014    çap et  çap et