525.Az

Pasportsuz azərbaycanlı dünyanın o başına gedib çıxdı


 

Pasportsuz azərbaycanlı dünyanın o başına gedib çıxdı<b style="color:red"></b>

Kamçatkanın Petropavlovsk-Kamçatsk şəhərinin miqrasiya xidməti sözün həqiqi mənasında 31 yaşlı azərbaycanlının əlində əsir-yesir qalıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bir qədər əvvəl miqrasiya xidmətinin əməkdaşları Azərbaycan vətəndaşının saxlayarkən məlum olub ki, onun pasportu yoxdur. Həmyerlimizin şəhərdə işləmə icazəsi də olmayıb və federal qanunlara görə, deportasiya olunmalıymış.

Amma kiçik araşdırmadan sonra məlum olub ki, onun pasportu yoxdur. Daha doğrusu Azərbaycanın Rusiya ilə sərhədini keçəndən sonra pasportunu itirib. Bundan sonra isə bütün Rusiya ərazisini pasportsuz dolaşaraq Federasiyanın ucqarına gəlib çıxıb.

O da məlum olub ki, həmyerlimiz 12 500 km-ə qədər yol qət edib. Adıgedən şəhərə isə yaxın qohumunun yanında işləməyə gedibmiş. Miqrasiya xidməti indi onun necə deportasiya etməyi fikirləşir. Xidmət ehtiyat edir ki, həmyerlimiz geri qatarla göndəriləcəyi halda ucsuz-bucaqsız Rusiyada qatardan düşüb yenidən ölkədə qalacaq. Təyyarə ilə göndərmək isə baha başa gəlir…

 





07.11.2012    çap et  çap et