525.Az

Ukrayna itkiləri açıqladı: 837 ölü, 3044 yaralı


 

Ukrayna itkiləri açıqladı: 837 ölü, 3044 yaralı<b style="color:red"></b> Ukrayna ordusunun antiterror əməliyyatları dövründə verdiyi itkilər açıqlanıb.
 
APA TV-nin məlumatına görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin rəhbəri Andrey Lısenko Ukrayna tərəfin Donbas ərazisində keçirilən əməliyyatlarda 837 nəfər canlı itki verdiyini bildirib.

Döyüşlər zamanı 3044 hərbçi yaralanıb. Lısenko rəqəmlərin yoxlanılmış faktlara əsaslandığını bildirib. Onun
sözlərinə görə, Ukrayna hərbi birləşmələri İlovayskda mühasirədən çıxdıqdan sonra itkilərlə bağlı rəqəmlər son dəfə dəqiqləşmiş olacaq.

Xatırladaq ki, Qeyd edək ki, avqustun 24-də Ukrayna ordusunun birləşmələri Donetsk vilayətinin İlovaysk şəhərində mühasirəyə düşüb. Təhlükəsizlik dəhlizi ilə mühasirədən çıxmağa çalışan hərbçilərin atəşə tutulması nəticəsində 300-dək Ukrayna hərbçisi öldürülüb.
 





04.09.2014    çap et  çap et