525.Az

Vergilər Nazirliyi rəsmi açıqlama yayıb


 

Vergilər Nazirliyi rəsmi açıqlama yayıb<b style="color:red"></b> Vergilər Nazirliyi operativ nəzarət tədbirlər ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4611 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

720 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  579 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Həmçinin, 3 vergi ödəyicisi tərəfindən 56 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 175  vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  30  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
 





05.09.2014    çap et  çap et