525.Az

Əhalimiz mobil danışıqdan ən çox istifadə edənlər arasındadır


 

Əhalimiz mobil danışıqdan ən çox istifadə edənlər arasındadır<b style="color:red"></b> “Mobil xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar tərəfindən bizə tez-tez müraciətlər olur. Azərbaycanda alıcılıq qabiliyyətinin və tələbatın yüksək olması bir faktdır. Aparılan araşdırmalar göstərib ki, Azərbaycan əhalisi ən çox mobil telefon danışıqlarından istifadə edən ölkələr sırasındadır”.
 
“APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
Nazirin sözlərinə görə, əhalinin mobil telefon danışıqlarından çox istifadə etməsi qiymətlərin yüksək olmasına təsir edir.
 
“Məlum olduğu kimi, Azərbaycanın mobil operatorları arasında ən aşağı tarifləri “Nar Mobile” təqdim edir.

Ümumilikdə, hesab edirəm ki, bizdə bu gün qiymətlər pis deyil”, - deyə Ə. Abbasov bildirib.
 





05.09.2014    çap et  çap et