525.Az

Pentaqon “Əş-Şəbab” liderinin məhv edildiyini bəyan edib


 

Pentaqon “Əş-Şəbab” liderinin məhv edildiyini bəyan edib<b style="color:red"></b>

Pentaqon hava zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının təsisçisi Əhməd Qodanın öldürüldüyünü bəyan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Pentaqonun rəsmi açıqlamasında belə deyilir.
 
“Əş-Şəbab”ın təsisçilərindən biri Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik”, - Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
 
Sentyabrın 2-də ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsi barədə məlumat yayılmışdı.

 





05.09.2014    çap et  çap et