525.Az

Ukrayna atəşkəs barədə razılaşmanın icrasına başlayıb


 

Ukrayna atəşkəs barədə razılaşmanın icrasına başlayıb<b style="color:red"></b>

Atəşkəs protokolunun imzalanması ilə əlaqədar Ukrayna ordusu atəşi dayandırıb.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirib. 
 
“Ukrayna prezidentinin və Baş komandanlıq rəisinin qərarına uyğun olaraq antiterror əməliyyatı zonasında yerləşən Ukrayna hərbi bölmələri Kiyev vaxtı ilə saat 18:00-dan atəşi dayandırıb”, deyə Lısenko bildirib.
 
Xatırladaq ki, bu gün Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşdə Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs protokolu imzalanıb.

 





05.09.2014    çap et  çap et